Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:46

Komitə “donuz qripi”nə qarşı


-

Dövlət Gömrük Komitəsi açıqlama yayaraq Azərbaycan gömrük keçid məntəqələrində “donuz qripi” (H1N1) virusu qeydə alınmadığını vətəndaşların nəzərinə çatdırır.

“Hər hansı potensial təhlükəli halın vaxtında müəyyən edilməsi və qarşısının alınması üçün bir sıra vacib və profilaktik tədbirlər davamlı surətdə aparılır, ümumi vəziyyət nəzarət altındadır”, deyə açıqlamada qeyd edilir.

Komitə Səhiyyə nazirliyinin uyğun qurumları ilə birgə sərhəd gömrük-keçid məntəqələrində zəruri dezinfeksiya və s. əks-epidemik tədbirlər həyata keçirdiyini bildirir. Gömrük-keçid məntəqələrində yüksək hərarəti müəyyən edən termovizorlar vasitəsilə vəziyyətə nəzarət edilir. Ölkəyə gələn şəxslər üzərində vizual müşahidə aparılır, yüksək hərarət və xəstəliyə yoluxma əlamətləri aşkar edilərsə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur

Bəzi kütləvi informasiya vasitələri Türkiyənin Adana vilayətində A(H1N1) virusuna yoluxması ehtimal edilən 3 nəfərin dünyasını dəyişməsi barədə məlumat yayıb. Bundan sonra bu mövzu Azərbaycanda da aktuallıq kəsb edib.

XS
SM
MD
LG