Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:43

General Zakir Nəsirov azadlığa çıxa bilər


Dəstə üzvlərinin məhkəməsi
Dəstə üzvlərinin məhkəməsi

-

2005-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində saxlanılaraq ömürlük azadlıqdan məhrum edilən, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovun ailəsi əfv üçün prezidentə müraciət edib.

Bu barədə Trend-ə Z.Nəsirovun vəkili Adil İsmayılov məlumat verib.

Müraciətdə Z.Nəsirovun heç bir günahı olmadan həbs edildiyi bildirilib və buna görə də prezidentdən generalın əfv edilməsi xahiş olunub.

A.İsmayılov bildirib ki, cinayət işinin yenilənməsi və Z.Nəsirovun işinə yenidən baxılması üçün hələlik generalın ailə üzvləri ona müraciət etməyiblər.

Bu ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən çıxarılandan sonra adam oğurluğu və çoxsaylı qətllərdə ittiham olunan, DİN-in keçmiş əməkdaşı Hacı Məmmədov yenidən vəkil tələb edərək cinayət işinin yenilənməsini və Z.Nəsirovun buraxılmasını istəyib.

XS
SM
MD
LG