Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:40

Əfv xahiş edilib


Arzu Abdullayeva
Arzu Abdullayeva

-

Dekabrın 24-də İnsan Hüquqları üzrə Birgə İşçi Qrup Prezident yanında Əfv Məsələləri Komissiyasına 22 nəfərlik siyahı təqdim edib.

SİYAHI 1-2 GÜNƏ ÇIXACAQ

Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun cümə axşamı keçirilmiş iclası da əsasən əfv məsələlərinə həsr edilib.

Bu haqda AzadlıqRadiosuna İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Arzu Abdullayeva məlumat verib.

Arzu Abdullayeva siyahıda kimlərin adının olduğunu bildirməsə də, həbsdəki vicdan məhbuslarının, vətəndaş cəmiyyəti fəallarının adlarının salındığını söyləyib:

«Əfv fərmanının yaxın bir neçə gündə verilməsi planlaşdırılır. Orda olanları adbaad deyə bilmərəm, siyahı bir-iki günə çıxacaq».

«BƏZİLƏRİ SİYASİ MƏHBUS KİMİ QƏBUL OLUNMUR»

Siyasi məhbusların siyahısının müvafiq işçi qrup tərəfindən yenilənməsi haqda isə hüquq müdafiəçisi deyib ki, toplantıda bundan da danışılıb:

«Təklif olundu ki, işgüzar şəkildə onları adbaad müzakirə etmək lazımdır. Bəzi adamlar var ki, onlar siyasi məhbus kimi qəbul olunmur».

Dekabrın 23-də siyasi məhbusların vahid siyahısını hazırlayan İşçi Qrup siyahını yeniləyib. İşçi Qrup bildirir ki, sonuncu dəfə - 2015-ci ilin mayında yenilənən siyahıdakı 80 nəfərdən 3-ü azadlığa çıxıb. Qrup yeni saxlanılanların siyasi məhbus olub-olmamasını araşdırıb, Avropa Şurası Parlament Assambleyasının 3 oktyabr 2012-ci il tarixli qətnaməsində nəzərdə tutulan kriteriyalara görə siyasi məhbus sayıla biləcək 16 nəfərin adını siyahıya əlavə edib. Beləliklə, siyahıya 93 adamın adı salınıb.

Hakimiyyət təmsilçiləri «siyasi məhbus» anlayışını qəbul etmir.

XS
SM
MD
LG