Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:35

«Məntiqlə, Rauf Mirqədirov azad olunmalıdır»


Rauf Mirqədirov
Rauf Mirqədirov

-

Dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun məhkəməsi davam edəcək. Qapalı keçirilən proses sona çatmaq üzrədir.

Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 5 il iş şərti cəza ilə həbsdən buraxılandan sonra Rauf Mirqədirovun azad olunacağı ilə bağlı da ümidlər artıb. Çünki Rauf Mirqədirov Sülh və Demokratiya İnstitutunun Ermənistan QHT-ləri ilə birgə çoxsaylı layihələrinin fəal iştirakçısı olmaqda günahlandırılırdı.

«İSTƏYƏRDİM Kİ, BU GÜN OLSUN»

«Zerkalo» qəzetinin keçmiş baş redaktoru Elçin Şıxlı da Rauf Mirqədirovun azad olunacağına ümid edir:

«Məntiqlə Raufun işində yaxşılığa doğru irəliləyiş olmalıdır. Təbii ki, məhkəmənin yerinə qərar vermək iqtidarında deyilik. Hər halda, arzu edirəm ki, bütün bu hərəkətlər məntiqəuyğun şəkildə baş versin. Raufun günahsız olduğunu lap əvvəldən bildirmişəm. Ümid edirəm ki, məhkəmə də həmin qənaətə gələcək və Rauf azad olunacaq. Mən düşünmürəm ki, bu, bu gün baş verəcək. Ancaq istəyərdim ki, bu gün olsun. Məntiqlə, bu iş müsbət sonuclanmalıdır. Ancaq hər şey məhkəmədən asılıdır. Mən məhkəmədə şahid kimi dindirilmişəm. Rauf haqqında həmişə söylədiyim fikrimi məhkəmədə də demişəm. Raufun günahsız olduğuna tam əminəm, buna heç bir şübhəm yoxdur. Bildiyimə görə, Raufun əleyhinə ifadə verən olmayıb. Heç sübutlar da yoxdur. Ancaq hər şey məhkəmədən asılıdır».

«ORTADA FAKT YOXDUR»

Vəkil Fuad Ağayev söyləyir ki, dekabrın 14-də məhkəmə istintaqının yekunlaşacağı gözənilir.

Rauf Mirqədirovun azad olunacağı ilə bağlı isə vəkili nəsə deməyə tələsmir.

Politoloq Ərəstun Oruclu diqqəti jurnalistin işi ilə bağlı istintaqı Milli Təhlükəsizlik Nazirliyinin aparmasına çəkir: «Rauf Mirqədirovu erməni kəşfiyyatına işləməkdə suçlayıblar. Ancaq ortada heç bir fakt yoxdur».

RaufMirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub.

O, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, dövlətə xəyanətdə ittiham olunur.

Rauf Mirqədirov ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

XS
SM
MD
LG