Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:38

Xədicəyə daha bir nüfuzlu mükafat!


Xədicə İsmayıl daha bir mükafat aldı
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

Xədicə İsmayıl daha bir mükafat aldı

►Video bir azdan saytımızda

Azadlıq Radiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayıla “Alison Des Forges” mükafatı verilib. Mərasim noyabrın 11-də Münxendə keçirilib.

Nyu-Yorkda mənzillənən “Human Rights Watch” hüquq-müdafiə təşkilatı 5 cəsarətli və yorulmaz insan haqları fəalına "Qeyri-adi Fəallığa görə" nüfuzlu “Alison Des Forges” Mükafatını təqdim edib.

Alison Des Forges mükafatı başqalarının hüquqlarını və ləyaqətini öz həyatları hesabına qoruyan şəxslərə verilir.

Mükafat 2009-cü ildə təyyarə qəzasında həyatını itirən, insan haqları fəalı, uzun müddət Human Rights Watch-da baş məsləhətçi olan Alison Des Forgesin adını daşıyır.

Human Rights Watch-un Şimali Qafqaz üzrə direktoru Giorgi Gogia bildirib ki, Xədicə İsmayıl ölkəsində korrupsiya faktlarını araşdıran jurnalist kimi tanınır:

“O ədalət üçün mübarizəsini həmişə davam etdirib. Bu mükafat da onun fəallığını bir daha nümaiş etdirir”.

Giorgi Gogia mükafatı Xədicənin özünün qəbul edə bilməməsinə təəssüfünü bildirib.

Buna da bax: Arif Yunusun ilk müsahibəsi - VİDEO

​“Bu mükafat Xədicə üçün önəmlidir. Bu həm də Azərbaycan üçün önəmlidir”- Human Rights Watch-un Avropa və Mərkəzi Asiya bölməsində direktor müavini Rachel Denber belə deyir:

“Biz Xədicənin hələ azadlıqda olarkən Strasburqda dediyi sözləri eşidəndə biz onun xarizmasını, fədakarlığını duyduq.”

Bu mükafatı Xədicə İsmayılla yanaşı Suriya, CAR, Malayziya, Uqanda və Hindistandan olan fəallar da alıb.

Xədicə İsmayıl bundan öncə də beynəlxaql mükafatlara layiq görülüb. O cümlədən PEN/Barbara Goldsmith Yazmaq Azadlığı mükafatı, “Anna Politkovskaya Söz Azadlığı” mükafatı və başqa mükafatlara.

Xədicə İsmayıl ötən ilin dekabrında Cinayət Məcəlləsinin 125-ci (başqasını özünü öldürmə həddinə çatdırma) ittihamı ilə həbs edilib. Sonradan ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

X.İsmayıl ittihamları rədd edir. O, həbsini prezident İlham Əliyevin ailə biznesini araşdırması ilə əlaqələndirir.

Hakimiyyət ölkədə siyasi motivli həbsləri rədd edir, özəlliklə, heç bir jurnalistin peşə fəaliyyətinə görə təzyiqlərə məruz qalmadığını iddia edir.

XS
SM
MD
LG