Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:28

Zığda evləri sökməyə başladılar- [video]


Zığda evlər sökülür
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Zığda evlər sökülür

►Ancaq sakinlərə nə kompensasiya, nə kirayəhaqqı, nə də başqa yerdə ev vəd olunmur

“Saat 11-dən icra hakimiyyətinin işçiləri ağır texnikalarla gəliblər, evləri sökürlər”. Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Zığ qəsəbəsindəki sürüşmə zonasında yaşayan sakinlər deyib.

Oktyabrın 19-da səhər saatlarından başlayaraq Hatəm Allahverdiyev küçəsindəki bir neçə qəzalı evin söküntüsünə başlanıb. İlk sökülən ev Emin Həmidova məxsus olub. O, evi yeni tikdiribmiş. Hələ pəncərələri də qoyulmayıb. İçərisində yaşayış olmayıb. Ancaq sürüşmə nəticəsində yeni tikilidə ciddi çatlar əmələ gəlib və yerli icra hakimiyyəti tikilinin sökülməsinə qərar verib.

Buna da bax: Sahibkarlıq sahəsində yoxlamalar dayandırılır

BİR NEÇƏ EV SÖKÜLƏCƏK

Həmin küçənin sakini Aftandil Qurbanovun sözlərinə görə, gün ərzində bir neçə evin sökülməsi nəzərdə tutulub. Bu evlərdən biri də onundur:

“Mən kənardan gəlmişəm, buradakı vəziyyəti bilməmişəm. Bura qəzalı zona ola-ola bələdiyyə mənə buradan torpaq sahəsi satıb. Məni aldadıblar. Xərc çəkib ev-eşik tikmişəm. Banklardan xeyli kredit götürmüşəm ki, balalarıma güzəran qurum. Razıyam, ev qəzalıdır, burada yaşamaq təhlükəlidir. Ancaq niyə bu təhlükəli yerdə adamlara torpaq satırlar? Bax, bir azdan mənim evimi sökəcəklər, Ancaq nə çəkdiyim xərci ödəməyiblər, nə də kirayəhaqqı vermirlər. Torpaq versinlər, çəkdiyim xərci ödəsinlər, gedim yuvamı başqa yerdə qurum”.

Sakinlər deyirlər, cəmi 55 ev qəzalı vəziyyətdədir. 22 evin sakininə kirayəpulu ayrılıb və onlar köçüb gediblər. Ancaq hazırda sökülən evlərin sahiblərinə nə kompensasiya, nə kirayəpulu, nə də başqa yerdə ev verilmir.

Təranə Musayeva:

“Fövqəladə Hallar Nazirliyi Suraxanı rayon İcra Hakimiyyətinə tapşırıq verib ki, sakinlər köçürülsün, qəzalı evlərin ətrafı mühafizə olunsun. 22 ailə köçürülüb, qalan sakinlərə isə deyirlər ki, büdcədə pul yoxdur. İndi bizə deyirlər ki, guya hesablamalar aparılır. Bu ayın 5-də Nazirlər Kabinetinə gedəndə Şahin Salahov bizə bildirdi ki, Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndəriblər. Hər dəfə Abid Şərifovun qəbuluna gedəndə bizi aldadırlar ki, özü düşüb sizi birinci mərtəbədə dinləyəcək. Sonra da eşidirik ki, başqa qapıdan çıxıb gedib evinə...”

Buna da bax: Günel Mövlud. Biz nə edəcəyik?

MÜZAKİRƏLƏR GEDİR

Suraxanı rayon icra Hakimiyyətindən deyiblər ki, qəzalı evlərin sökülməsi davam edir. Sakinlərə isə başqa yerdə torpaq ayrılması ətrafında müzakirələr aparılır.

Zığ bələdiyyəsindən isə həmin torpaq sahələrinin əvvəlki bələdiyyə tərəfindən satıldığını bildiriblər.

Bu ayın 7-də sakinlər Hacıbala Abutalıbovun Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki evinə gedərək yolunu kəsiblər. Oktyabrın 16-da isə yenə Prezident Administrasiyasında olublar.

XS
SM
MD
LG