Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:00

Belarusa qarşı sanksiyalar müvəqqəti qaldırıldı


Alyaksandr Lukashenka
Alyaksandr Lukashenka

Avropa Birliyi oktyabrın 11-də keçirilən prezident seçkisi ilə bağlı tənqidlərə baxmayaraq, Belarusa qarşı sanksiyaları müvəqqəti qaldırmaq qərarına gəlib.

Fransanın Avropa məsələləri üzrə naziri Harlem Desir bildirib ki, yanvardan sanksiyalar 4 aylıq dondurulacaq.

O bazar günü keçirilən seçkilərin Belarusda ən şəffaf və sakit seçki olduğunu vurğulayıb.

Amma nazir oktyabrın 12-də Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında bildirib ki, əgər biz Belarusda geriyə doğru addım görsək, sanksiyalar bərpa ediləcək.

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier də Belarusda müsbət dəyişiklər olduğunu bildirib və buna misal kimi siyasi məhbusların azadlığa buraxılmasını göstərib.

Buna da bax: "Belə gəncləri gərək hərbi xidmətə çağırmasınlar”

Frank-Walter Steinmeier
Frank-Walter Steinmeier

Amma o qeyd edib ki, seçkilər doğurdan da beynəlxalq normalara cavab verməyib.

ATƏT-in müşahidəçiləri oktyabrın 11-də Belarusda keçirilən prezident seçkisini tənqid ediblər. Müşahidəçilər missiyasının rəhbəri Kent Hasted oktyabrın 12-də seçkilərin demokratik standartlara cavab vermədiyini bəyan edib.O qeyd edib ki, bu il seçki kampaniyası zamanı bir sıra müsbət ənənələrə baxmayaraq, Belarus hakimiyyəti təbliğat üçün bərabər şərait yaratmayıb.

O xüsusilə səslərin hesablanması zamanı yol verilən pozuntulardan peşmançılıq bildirib.

Qeyd edək ki, oktyabrın 11-də keçirilən seçkidə yenidən indiki prezident Aleksandr Lukashenka qalib gəlib.MSK-nın məlumatına görə, o 83 faizdən çox səs toplayıb.

21 ildir ki, Beıarusu Aleksandr Lukashenka idarə edir.

XS
SM
MD
LG