Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:52

ANS-i külli miqdarda cərimələdilər


Vahid Mustafayev, ANS-in rəhbəri
Vahid Mustafayev, ANS-in rəhbəri

►Azərbaycan Milli Televiziya və Radio Şurası “ANS” televiziyasını 54 000 manat cərimələyib.

Şura bildirir ki, ANS “Televiziya və radio yayımı haqqında” qanunun tələblərini pozub.

Söhbət “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” “Salam Azərbaycan” və “Şokolad” verilişlərinin müxtəlif vaxtlarda efirdə yayımlanan buraxılışlarında sponsorluqla bağlı qanunvericliyin pozulmasından gedir.

Televiziya ayrı-ayrı vaxtlarda yayımlanan bu verilişlərin hər birinə görə, 6 min, ümumilikdə isə 54 min manat cərimə ödəməlidir.

Buna da bax: Yanan binanın sakinləri aksiya keçirdi

Bundan başqa“ANS” televiziyasının efirində yayımlanan “Salam Azərbaycan” proqramında şəxslərin hüquq və azadlıqlarına hörmətlə yanaşılmaması, insanların şərəf və layəqətinin alçaldılması, nüfuzunun ləkələnməsi, birtərəfliyə yol verilməsi və sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulmasına yol verildiyinə görə, həftənin 1-5-ci günləri saat 07:00-dan – 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan “Salam Azərbaycan” proqramının yayımının 2015-ci il oktyabrın 6-dan 10 gün müddətinə dayandırılması barədə qərar qəbul edilib.

"Məhkəməyə müraciət edəcəyik". Bunu ANS-in baş direktoru Mirşahin Ağayev APA-ya deyib. O bildirib ki,Milli Televiziya və Radio Şurasınınbu gün qəbul etdiyi qərarda onların razılaşmadığı bır sıra məsələlər var: “Elə buna görə də məhkəməyə müraciət edəcəyik”.

XS
SM
MD
LG