Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:50

«Günahsız günahkarlar» görünəcək...


Tamaşanın afişası.
Tamaşanın afişası.

-

Bakı Uşaq Teatrı həm uşaq, həm də böyüklər üçün olan iki tamaşa ilə yeni mövsümünü açır.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, sentyabrın 26-da «Tıq-tıq xanım» tamaşası ilə öz balaca tamaşaçıları ilə görüşən teatr oktyabrın 7-də daha bir tamaşa göstərəcək.

Həmin gün saat 12-də teatr müvəqqəti yerləşdiyi məkanda - Qaraçuxur qəsəbəsi Q.Abbasov adına mədəniyyət sarayında böyüklər üçün olan «Günahsız günahkarlar» tamaşası ilə çıxış edəcək.

İnsan alverinin tanıdılmasına həsr olunan tamaşa Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanıb.

Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.

Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Gənclər yığışıb mafiya oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər. Kimisi yüksək gəlirli iş adıyla, kimisi ailə qurmaq pərdəsiylə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplantasiyasının qurbanı olur. Bəs bütün bu oyunları quran kimdir? Mafiyanı kim idarə edir? Mafiyanı kim ifşa edə bilər? Gənclər insan alveri haqqında nələri bilməlidirlər?

Bütün bunlar oktyabrın 7-də Bakı Uşaq Teatrının «Günahsız günahkarlar» tamaşasında açılacaq.

Teatrın mətbuat xidməti tamaşanı belə tanıdır: Yeni tamaşa, ağrılı mövzu, fərqli rejissor həlli.

XS
SM
MD
LG