Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:31

Səudiyyə Ərəbistanı neftin qiymətini salır


Səudiyyə Ərəbistanında neft yatağı.
Səudiyyə Ərəbistanında neft yatağı.

-

Bazar günü Səudiyyə Ərəbistanı neftin qiymətini xeyli salıb. Ötən ay da Körfəzdəki rəqib istehsalçılar böyük ixtisarlar etmişdilər. «The Wall Street Journal» yazır ki, neftin qiymətinin aşağı olmasına baxmayaraq, Birləşmiş Ştatlar da istehsalı artırır və neft ixracatçısı ölkələri təşkilatı (OPEC) Asiya bazarlarında payını saxlamaq uğrunda mübarizə aparır.

Səudiyyənin «Saudi Aramco» dövlət şirkəti Asiyaya göndərdiyi neftin barelinin qiymətini 1.7 dollar endirib. Eləcə də Yaxın Şərqə göndərilən neftin bareli 2 dollar, ABŞ-a göndərilənin qiyməti 30 sent ucuzlaşdırılıb.

Ötən ay İran, İraq, Yaxın Şərqin digər ölkələri qiymətləri daha çox endiriblər. Səudiyyə isə daha çox neft çıxaracağını deyir, ümid edir ki, qiymətin salınması Asiyanın tələbatını stimullaşdıracaq və rəqibi ABŞ-da baha başa gələn istehsalı vuracaq. Ancaq Çində iqtisadi artım zəiflədiyindən iyulda ABŞ-da istehsal sutkaya 68 min barel artıb. Məlumatı ABŞ-ın Enerji İnformasiyası İdarəsi yayıb.

KÖRFƏZ ÖLKƏLƏRİ HƏRBİ CAVAB HAZIRLAYIR

«The Guardian» qəzeti yazır ki, Moskvanın Suriyaya müdaxiləsi münaqişənin həllinə kömək əvəzinə, onu daha da qızışdıra bilər. Belə ki, regional ölkələr üsyançı qruplara pul, silah və digər dəstək verməklə əslində rəqibləri İranla nüfuz savaşına girişiblər.

«Rusiyanın müdaxiləsi Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə kimi müxalifəti dəstəkləyən ölkələr üçün böyük geriləmədir və yəqin ki, münaqişənin genişlənməsinə gətirəcək güclü reaksiya doğuracaq», - Avropa Xarici Əlaqələr Şurasının aparıcı mütəxəssisi Julien Barnes-Dacey deyir.

Suriya müharibəsinin ta əvvəlindən Səudiyyə Ərəbistanı mövqeyini aydın şəkildə ortalığa qoyub – Bashar al-Assad getməlidir. «Ər-Riyadın mövqeyini dəyişəcəyi görünmür»,- bunu isə Ər-Riyadda İslam Araşdırmaları Mərkəzindən Mohammed Alyahya deyir. «Ər-Riyada və regional müttəfiqlərinə aydın olan odur ki, Rusiya və İranın münaqişəni genişləndirməsi regionda daha artıq sabitsizlik yaradacaq, daha çox qan töküləcək».

Rusiyaya məxsus «Mi-24» helikopteri Suriya səmasında.
Rusiyaya məxsus «Mi-24» helikopteri Suriya səmasında.

Təhlilçilər bildirir ki, Səudiyyə Ərəbistanı Suriyanın cənubundakı üsyançılara dəstək göstərir. Türkiyə və Qətər isə şimalda, «Əhrar əl-Sham» kimi mühafizəkar islamçı silahlıları dəstəkləyir. Bu qrup «əl-Nüsrə» cəbhəsi ilə birlikdə Assad-la şimalda atəşkəs də əldə edib. Rusiyanın bomba zərbələrinin bir səbəbi də bu qruplaşmaların hökumət qüvvələrinə qalib gəlməsi olub və qırıcıların ilk hədəflərinə çevriliblər.

SURİYA MÜHARIBƏSİNDƏ DURUM ÇƏTİN DƏYIŞƏ

«The Washington Post» da bir sıra Qərb media orqanları kimi Rusiyanın Suriyaya hərbi müdaxiləsindən yazır və sual edir ki, Rusiya hava qüvvələrinin bu ölkəyə məhdud əməliyyatları sonucda nəyə nail olacaq?

«Qısa perspektivdə Rusiya ordusu Suriyanın çıxılmaz duruma düşmüş ordusuna lazımi dəstəyi verəcək. Suriya ordusu mötədil və «İslam Dövləti» daxil olmaqla, islamçı qruplara hücuma keçəcək. Ancaq analitiklərin fikrincə, ciddi şəkildə gücləndirilməsə, Moskvanın hava dəstəyi müharibədə həlledici rol oynaya bilməyəcək. Rusiya ordusu son 25 ildə ən güclü səviyyəyə çatdığını bəyan etsə də, silahları köhnəlməkdədir, üstəlik zəif təlim görmüş Suriya ordusu kimi tərəfdaşı var. Digər tərəfdən, Rusiya ictimaiyyəti də uzunmüddətli münaqişəyə isti yanaşmır».

Rusiyada istefada olan general-polkovnik, PIR Mərkəzinin vitse-prezidenti Evgeny Buzhinsky deyir ki, bu kampaniyanın müasir Rusiya tarixində oxşarı olmayıb. «Son illər Rusiya kiçik quru müharibələri aparıb, ilk dəfədir ki, Birləşmiş Ştatlar kimi davranır. Mümkün qədər çox ziyan vurmaq üçün havadan bombala, taktika budur», - o, deyir.

«Biz bu tip müharibədə təzəyik». Bunu isə müdafiə məsələləri üzrə ekspert Ruslan Pukhov deyir. «Təzə olanda, mütləq hansısa səhvlər edirsən. Ümid edək dəhşətli olmayacaq, ancaq itki riskləri açıq-aşkar mövcuddur».

Qaçqın qadın Serbiya-Xorvatiya sərhədində qatar gözləyir.
Qaçqın qadın Serbiya-Xorvatiya sərhədində qatar gözləyir.

AB MİQRASİYA MƏSƏLƏSİNDƏ ERDOĞAN-A DİL TÖKÜR

«Avropa Birliyi Türkiyədən yüz minlərlə qaçqını yenidən yerləşdirməyi təklif edir. Avropa liderləri isə Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ı qanunsuz miqrasiyanı önləmək üçün şirnikləndirməyə çalışır. Bazar ertəsi Brüssel danışıqlarında AB rəsmiləri Erdoğan-dan xahiş edəcək ki, miqrasiya fəaliyyət planına razılaşsın. Bu plana sərhəd nəzarətini gücləndirmək, böyük sığınacaq mərkəzləri açmaq, hətta, ola bilsin, 2 milyon suriyalıya Türkiyədə işləmək hüququ vermək daxildir». Bunu «Financial Times» yazır.

Qəzet yazır ki, AB-nin tələbləri çətin məsələdir. Avropada miqrasiya böhranı başlayandan blok Erdoğan-a dil tökür, bilir ki, onun yardımı vacibdir. Yanvardan bəri AB-yə girməyə çalışan 350 min qaçqından 50 mini Türkiyə sərhədində saxlanılıb.

«Mümkün şirnikləndirmə AB-dən 250 milyon avroluq yardım ola bilər, üstünü də üzv ölkələr düzəldərlər; türklər üçün vizanın asanlaşdırılması sürətləndirilə; qaçqınlar yenidən yerləşdirilə bilər. Dəqiq rəqəmlərin açıqlanması gözlənilmir, ancaq danışıqlarda iştirak edənlər deyirlər ki, yenidən yerləşdirilmə Türkiyədəki suriyalı qaçqınların yarım milyonunu əhatələyə bilər, bu da AB-in indiki planlarından qat-qat çoxdur».

XS
SM
MD
LG