Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:42

Senator siyasi məhbuslara azadlıq tələb etdi


Patrick Leahy
Patrick Leahy

ABŞ senatoru Patrick Leahy Azərbaycanda insan haqları müdafiəçilərinin həbsləri ilə bağlı bəyanat verib.

ABŞ senatoru Patrick Leahy Azərbaycanda insan haqları müdafiəçilərinin həbsləri ilə bağlı bəyanat verib.

Öz internet saytında yerləşdirdiyi bəyanatda senator Azərbaycan prezidentinə müraciətlə, hələ ötən il insan haqları fəalları, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələrinin həbsləri ilə bağlı narahatlıq ifadə etdiyini yada salır.

“O zamandan bəri prezident Obama və başqa hökumətlərin rəsmiləri, habelə Avropa İttifaqı və BMT İnsan Haqları Komissarlığı tərəfindən pislənməsinə baxmayaraq, Azərbaycanda insan haqlarının vəziyyəti daha da pisləşib” - deyilir bəyanatda.

Leyla və Arif Yunus, habelə sentyabrın 1-də 7 il yarım həbsxana cəzasına məhkum edilmiş jurnalist Xədicə İsmayılova da daxil bütün siyasi məhbuslar dərhal azad edilməlidirlər

“Mən də bu mərd insanlara qarşı pis rəftarla əlaqədar öz narahatlığımı bildirir və Leyla və Arif Yunus da daxil, Azərbaycandakı bütün siyasi məhbusların azad edilməsinə çağırıram” – yazıb Patrick Leahy.

Senatior bildirir ki, Leyla və Arif Yunusun həbsi və mühakiməsi onların İlham Əliyev hökumətini tənqid etmələri və siyasi fəaliyyətləri ilə bağlıdır:

“Leyla və Arif Yunus, habelə sentyabrın 1-də 7 il yarım həbsxana cəzasına məhkum edilmiş jurnalist Xədicə İsmayılova da daxil bütün siyasi məhbuslar dərhal azad edilməlidirlər”.

Senator Azərbaycan hökumətini Avropa İnsan Haqları Konvensiyasına və Azərbaycanın öz Konstitusiyasına hörmət etməyə çağırıb.

XS
SM
MD
LG