Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:54

Stratfor: “Qarabağ münaqişəsində ciddi dönüş ola bilər”


►“Dağlıq Qarabağı nəzarətində olan ərazilərin siyahısına qatmaqla Rusiya öz sərhədlərini genişləndirmək siyasətinə sadiq qalacaq”.

Stratfor Araşdırmalar Mərkəzi bildirir ki, dondurulmuş Dağlıq Qarabağ münaqişəsində yaxın aylarda kəksin dönüş ola bilər:

“Bir çox əlamətlər onu göstərir ki, Rusiya və Azərbaycan Qarabağdakı status-kvonu aradan qaldırmaq üçün əməkdaşlıq edə bilərlər. Belə görünür ki, Rusiya sülhməramlı qoşunlarını regiona göndərməyə və uzun müddət bura nəzarət etməyə hazırlaşır”.

Onların fikrincə, Rusiya 20 ildən çox dondurulan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə strategiyasını dəyişməyə başlayır:

“İstənilən halda ötən illərlə müqayisədə Azərbaycanla Rusiya arasındakı münasibətlərin xeyli yaxşılaşması düşünməyə vadar edir ki, görəsən, Moskva Bakıya hansısa cəlbedici təklif edibmi?” – deyə ekspertlər qeyd edirlər ki, Azərbaycan ATƏT-in vasitəçilərindən və Avropa ilə əməkdaşlıqdan yorulub, bir baxmaq istəyə bilər ki, son illərin hərbi hazırlığına söykənib torpaqlarını geri qaytara bilərmi?

Buna da bax: İmişlidə məmurlar gəlib etirazçıları dilə tutur

“Ermənistanı danışıqlara vadar edən səbəb yalnız müharibə ola bilər”

“Ərazidə yüksəklikləri tutan Ermənistan Azərbaycana qarşı strateji üstünlüyü saxlayır və bununla açıq-aydın status-kvo-nu qoruyur," - Stratfor qeyd edir:

“Ermənistanı Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etməyə vadar edən yeganə yol hərbi fəaliyyətin bərpası ola bilər. Onun yeganə himayəçisi Rusiya yeni müharibənin dayandırılması üçün əsas rol oynayan vasitəçi olacaq. Belə bir sülh plan Ermənistana yalnız diplomatik vasitələrlə qəbul etdirilə bilməz”.

Stratfor-un ekspertləri öz araşdırmalarında Qarabağ münaqişəsi məsələsində dəyişikliklər olacağı ilə bağlı kifayət qədər əlamətlər müşahidə etdiklərini vurğulayırlar:

“Dağlıq Qarabağı nəzarətində olan ərazilərin siyahısına qatmaqla Rusiya öz sərhədlərini genişləndirmək siyasətinə sadiq qalacaq”.

Stratfor - ABŞ-da yerləşən və qlobal təhlükəsizlik məsələləri, bu sahədə proqnozlar üzrə ixtisaslaşmış özəl şirkətdir.

XS
SM
MD
LG