Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:33

Tanınmış iranlılar Amerika xalqından nüvə sazişinə dəstək istədilər


Təhlilçilər qeyd edirlər ki, bu kampaniya Konqresin sazişin əleyhinə olan bir sıra iranlıları ifadə vermək üçün dəvət etməsinə cavabdır.

Beynəlxalq aləmdə tanınan onlarca iranlı Amerika xalqını Konqresin nüvə sazişini əngəlləməməsi üçün dəstəyə çağırıb.

“The Guardian” qəzeti yazır ki, çoxu öz siyasi baxışlarına görə İranda uzun müddət həbsxanada olmuş ziyalılar Amerika xalqına video müraciət hazırlayıblar. Bu kampaniyaya qoşulanların arasında məşhur kinematoqrafçı Jafar Panahi, Nobel mükafatı laureatı Shirin Ebadi, insan haqları fəalı, vəkil Nasrin Sotoudeh və İran əsilli Britaniya fəalı Ghoncheh Ghavami də var.

Nobel Sülh mükafatı laureatı Shirin Ebadi
Nobel Sülh mükafatı laureatı Shirin Ebadi

Bu insanların çoxu İranda öz düşüncə və fəallıqlarına görə təkadamlıq kameralarda uzunmüddətli həbs cəzası çəkənlərdir. Lakin onlar bildirirlər ki, İran və dünyanın altı gücü arasında imzalanmış nüvə sazişi müharibə təhlükəsini aradan qaldıran faydalı razılaşmadır.

Bu kampaniyanın təşkilatçılarından biri - Mohammadreza Jalaeipour deyib: “Biz bu müraciətlə göstərmək istəmişik ki, İranda demokratiya və insan haqları naminə əzab çəkmiş insanlar da bu sazişi dəstəkləyirlər”.

Videomesajda deyilir ki, “təkcə İran xalqının böyük əksəriyyəti deyil, həm də bu ölkənin aparıcı insan haqları və demokratiya fəalları, tanınmış siyasi məhbuslar və İran cəmiyyətinin müstəqil səsləri də bu sazişə ürəkdən tərəfdardırlar”.

Təsəvvür və reallıq

Bu videomüraciətdə xanım Ghavami deyir ki, İrana qarşı sanksiyalar iranlıların insan haqlarının pozulması deməkdir. Ghavami ötən il kişilərin volleybol matçına tamaşa etdiyinə görə 5 ay müddətinə təkadamlıq kamerada məhbus edilib.

O amerikalıları Konqresdəki millət vəkillərinə “sülhə səs vermələri üçün” müraciət etməyə çağırıb.

İranda kişilərin volleybol matçına baxdığına görə həbs edilmiş Ghoncheh Ghavami
İranda kişilərin volleybol matçına baxdığına görə həbs edilmiş Ghoncheh Ghavami

Müxalif Yaşıl hərəkatı dəstəklədiyinə görə həbs edilmiş vicdan məhbusu Panahi də video müraciət edib.

Bu il Berlin kino festivalında Qızıl Ayı mükafatına layiq görülmüş “Taksi” filminin rejissoru videoda deyir:“Mən kinoçəkənəm, təsəvvürlərlə işləyirəm. Lakin təkcə təsəvvürlər yox, həm də reallığa yönəlik təsəvvürlərlə işləyirəm. ABŞ Konqressində, Amerika siyasəti ətrafında baş verənlər isə boş təsəvvürdən başqa bir şey deyil. Onlar təsəvvür edirlər ki, sanksiyalar və müharibələrlə hər şeyi həll etmək olar. Bu mənim ölkəmin reallığı deyil”.

Sazişə qarşı çıxan iranlılar

Təhlilçilər qeyd edirlər ki, bu kampaniya Konqresin sazişin əleyhinə olan bir sıra iranlıları ifadə vermək üçün dəvət etməsinə cavabdır.

Jalaeipour elə belə də deyir. O bildirir ki, Konqresə dəvət edilənlər İran cəmiyyətini təmsil etmirlər.

İran rejiminin nazı ilə oynanması dünyada daha böyük təhlükələr yarada bilər

Konqress bu sazişin rədd edilməsinə dair qərarı sentyabrın ortalarınadək qəbul edə bilər. Prezident Obama Konqressin belə bir qərar qəbul edəcəyi təqidrdə bu qanuna veto qoyacağını vəd edib.

İranla nüvə sazişinin əleyhinə çıxan iranlılar bu ay yazdıqları açıq məktubda bildiriblər ki, “onlar bu sazişi dəstəkləyənlərin baxışlarına dərin hörmət bəsləyirlər, lakin İran rejiminin nazı ilə oynanması dünyada daha böyük təhlükələr yarada bilər”.

İranın amerikalı məhbusları

Lakin videomüraciət edənlər bu nöqteyi-nəzərlə razılaşmlırlar. İranın yeganə Nobel mükafatçısı xanım Ebadi bildirir ki, ABŞ prezidentinin mövqeyini dəstəkləyir. Barack Obama bu sazişlə bağlı demişdi ki, “alternativ yalnız müharibə ola bilər”.

Zia Nabavi: Nüvə sazişinin dəstəklənməsi İran rejiminin törətdiyi ədalətsizliklərə haqq qazandırılması deyil.

Hazırda həbsxanada 10 illik cəza çəkən siyasi məhbus Zia Nabavi isə bildirir ki, nüvə sazişinin dəstəklənməsi İran rejiminin törətdiyi ədalətsizliklərə haqq qazandırılması deyil.

Sazişi dəstəkləyənlərin siyahısına hazırda ev dustağı olan müxalifət liderinin oğlu Mohammad Taghi Karroubi, siyasi fəal Saeed Shariati, keçmiş xarici işlər naziri Ebrahim Yazdi və keçmiş siyasi məhbus Emad Bahavar da daxildir.

“The Guardian” yazır ki, İranda həbs edilmiş amerikalı məhbuslar da nüvə sazişini dəstəkləyiblər. Bunların arasında 2009-cu ildə casusluq ittihamları ilə iki amerikalı dostu ilə birlikdə həbs edilmiş səyyah Sarah Shourd, 1979-cu ildə İranda 444 gün girov saxlanmış Amerika diplomatı John Limbert də var.

XS
SM
MD
LG