Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:32

«Burada kürd olmaq da cinayətdir»


Şanlıurfada kürd etirazçılarla polisin toqquşması - 2014
Şanlıurfada kürd etirazçılarla polisin toqquşması - 2014

-

Türkiyə ABŞ-la razılaşmadan kürdləri vurmaq üçün istifadə edir…

Rusiyanın Gürcüstandakı hərəkətləri arxasında nə durur?

(10 avqust Qərb mediasının icmalı)

«The Washington Post»da Erin Cunningham Türkiyənin Suruç şəhərindən yazır. «Türk komandosu sübh çağı gəlib Suriya sərhədindəki bu şəhəri mühasirəyə aldılar və 9 nəfəri həbs etdilər. Bu, iyulun 24-də baş verdi, Türkiyə «İslam Dövləti» silahlı qruplaşmasına qarşı kampaniyaya qoşulduğunu bir neçə saatdı elan eləmişdi. Ancaq saxlanılanların həmin qruplaşmaya heç bir aidiyyəti yox idi. Onlar PKK ilə əlaqələri olmaqda şübhəli bilindilər. PKK on illərdir Türkiyədən muxtariyyət uğrunda müharibə aparır».

«Türkiyə ötən ay İD-ə hücumlara başlayandan eyni vaxtda kürd yaraqlılarına qarşı da yeni cəbhə açıb. İraqın şimalında sərhəd boyunca PKK mövqelərinə zərbələr endirib, ölkədə yüzlərlə adamı saxlayıb. Birləşmiş Ştatların da terrorçu təşkilat kimi tanıdığı PKK isə hücumlarını gücləndirib, son həftələr ərzində Türkiyədə 20-dən çox insanı qətlə yetirib».

«Türkiyə rəsmiləri hər iki kampaniyanın terrorçuluqla mübarizə olduğunu bildirir. Ancaq zorakılıqların artması kürdlərin özünüidarəçiliyi barədə mübahisələri də qızışdırıb. «Burada kürd olmaq da cinayətdir», - 20 yaşlı oğlu 24 iyul reydində saxlanmış Suruç sakini Celal İpek deyib. «Oğlum yatırdı. Onlar silahla gəldilər. Soruşdum ki, oğlumun günahı nədir? Dedilər, danışma». Polis Suruçda ümumilikdə 18 nəfəri saxlayıb».

«Ötən ay Türkiyə ABŞ-a İD-ə zərbələr endirmək üçün İncirlik hava bazasından istifadəyə icazə verib. Ancaq tənqidçilərin fikrincə, Türkiyə bu razılaşmadan kürdləri vurmaq üçün istifadə edir… Bəzi təhlilçilər deyirlər ki, Türkiyənin kürdlərə qarşı tədbirləri regionda sabitsizlik yarada bilər», - müəllif yazır.

AB ilə Assosiasiya sazişinin imzalanmasını bayram edir – 27 iyun 2014.
AB ilə Assosiasiya sazişinin imzalanmasını bayram edir – 27 iyun 2014.

RUSİYANIN GÜRCÜSTANDAKI HƏRƏKƏTLƏRİ ARXASINDA NƏ DURUR?

«Rusiyanın Gürcüstana qarşı son addımı Moskvanın bu kiçik Cənubi Qafqaz ölkəsinin qərbyönümlü kursunu pozmaqda qətiyyətli olduğunu göstərir». George Michedlishvili BBC.com-da Rusiyanın Cənubi Osetiyada sərhədlərini genişləndirməsindən yazır.

«Bir gecənin içində Gürcüstan ərazisinin 1.5 km-ni ələ keçirib. Yeni «sərhəd» de-fakto işğal xəttidir… Gürcüstanın Qərb ambisiyaları 1990-cı illərin əvvəllərindən Rusiyanın qabırğasına tikan kimi batıb. 2014-cü ildə Avropa Birliyi ilə ticarət razılaşmasının imzalanması və Əfqanıstana sülhməramlıların göndərilməsi məsələni bir az da qəlizləşdirdi».

«Moskva nədən narahatdır» deyə sual edən müəllif vurğulayır ki, Rusiya rəhbərliyini qıcıqlandıran siyasi modernizasiya və AB ilə yaxınlaşma cəhdləridir. «Ukrayna, Gürcüstan və Moldova kimi ölkələrdə iqtisadi artımla yanaşı, siyasi dəyişiklik Rusiyadakı rejimə təhlükə hesab olunur. Belə ki, bu ölkələrin uğuru Rusiya əhalisində ölkədəki idarəçilik modelinə dair suallar yarada bilər».

«Gürcüstan yalnız beynəlxalq kömək sayəsində Rusiyaya qarşı dayana bilər. Ancaq Qərb sadəcə narahatlıq ifadə etməklə reaksiya göstərib. Hətta Rusiyanın son hərəkətini ilk günlərdə böyük Qərb xəbər şəbəkəsi belə işıqlandırmayıb… Qərb Rusiyanın siyasətinin qəbuledilməzliyini aydın şəkildə bildirməsə, Gürcüstanın suverenliyini müdafiə etməsə, Rusiya daha çox ərazi ələ keçirmək iddiasına düşə bilər», - müəllif yazır.

Yunan qadın bankomatdan pul çıxarır.
Yunan qadın bankomatdan pul çıxarır.

YUNANISTAN MÜBARİZƏSİNDƏ DEMOKRATİYANIN YERİ

«Yanvarda Syriza-nın seçkidə qalib gəlməsi təkcə Yunanıstanın məsələsi deyildi. Sual o idi ki, avronu qəbul edən hər hansı millət demokratik seçim edə bilərmi?». Bunu «Financial Times»da Martin Sandbu yazır.

«Bu, avro üçün də bir sınaqdır. Monetar birlik və demokratiya uyğunlaşa bilmirsə, hətta avronun ən sadiq dostları belə ikincini seçməlidir. Xoşbəxtlikdən, uyğunlaşa bilərlər. Ancaq Avropanın siyasəti əks fikrə söykənir. Yanaşmada dəyişiklik olmasa, uğursuzluğa gətirə bilər».

«Yunanıstanda rəy sorğuları iki məsələni davamlı olaraq üzə çıxarıb: yunanların çoxu avronu valyuta kimi saxlamaq istəyir, ancaq «troyka» kimi tanınan kredit təşkilatlarının siyasətini də rədd edir. Yəni avronu başqa siyasətlə saxlamağa üstünlük verilir. Bunu əngəlləmək üçün avrozonanın siyasi elitası əlindən gələni edib. Bu, ədalətlidirmi?» - deyə müəllif sual edir.

XS
SM
MD
LG