Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:53

Neft özüylə rublu da quyunun dibinə aparır


Təhlilçilər bildirirlər ki, neft qiymətlərinin ilin axırlarına doğru dirçələcəyinə olan ümidlər heçə enib

Rusiya rublu bu həftənin əvvəlindən son beş ayda özünün ən aşağı həddinə çatıb.

Rusiya rublunun dayağı olan əsas xammal – neftin də qiyməti ucuzlaşmaqda davam edir.

Hazırda bir dollar 63 rubldur. Bu ötən həftə olduğundan 1 faiz ucuzdur.

Neft qiymətlərinin ilin axırlarına doğru dirçələcəyinə olan ümidlər heçə enib

Bazar ertəsi Brent markasından olan neftin bir barreli son altı ayda ilk dəfə olaraq 50 dollardan aşağıya enib. Hazırda bir barrelin qiyməti 49, 51 dollardır.

ING şirkətindən Dmitry Polevoy bildirib ki, rublun son aylardakı nisbi sabitliyinə baxmayaraq, o, əsas etibarilə dollardan asılı olan neft qiymətlərinə bağlı olaraq qalır.

Wall Street Journal yazır ki, Brent markasından olan neftin kəskin ucuzlaşması ABŞ-da neft istehsalının rekord həddə çatması və beynəlxalq rəqabətin daha çox istehsala sövq etməsi ilə əlaqədardır.

Çinin neft tələbatı azalıb

Bütün ötən həftə ərzində neft istehsalı güclü olaraq qalıb, bu isə bazara çıxarılan neftin azalacağına olan ümidləri doğrultmayıb.

Rusiya rublu bu həftənin əvvəlindən son beş ayda özünün ən aşağı həddinə çatıb
Rusiya rublu bu həftənin əvvəlindən son beş ayda özünün ən aşağı həddinə çatıb

Analitiklər qeyd edirlər ki, qlobal iqtisadiyyatdakı vəziyyət xammala tələbatı kifayət qədər artıra bilmir.

Məsələn, dünyada neftin ikinci ən iri istehlakçısı olan Çində istehsal son iki ildə ən aşağı həddə enib.

Təhlilçilər bildirirlər ki, bütün bunlar neft qiymətlərinin ilin axırlarına doğru dirçələcəyinə olan ümidləri heçə endirir.

Bazarda İran xofu

Bu da xəbər verilir ki, neft qiymətlərinin enməsinə digər güclü səbəb İrandan verilən bəyanat olub. Tehran elan edib ki, üzərindəki sanksiyalar qaldırılan kimi ölkə neft istehsalını iki dəfə artırmaq niyyətindədir.

Tehran elan edib ki, üzərindəki sanksiyalar qaldırılan kimi ölkə neft istehsalını iki dəfə artırmaq niyyətindədir

Bu xəbərdən sanki tələsmək üçün təkan alan başqa neft istehsalçıları ,əksinə bazara çıxarılan xammalın həcmini artırmağa məcbur olublar.

Beləliklə, Brent neftinin qiyməti iyun ayından bəri 22 faiz ucuzlaşıb.

Dünya neftinin 40 faizini verən 101 neft şirkətini monitorinq edən Barclays qrupu bildirib ki, şirkətlərdən az qala heç biri istehsalı azaltmayıb.

Qrup həmçinin bildirib ki, istehsalın bu səviyyəsi azı 2016-cı ilədək dəyişməyəcək.

XS
SM
MD
LG