Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:42

Adına minlərlə manat pul yazılan sadə vətəndaşın başına gələnlər - [ARAŞDIRMA]


Jurnalist Sevinc Vaqifqızı yazır ki, sənədlərə görə Tarix Hacıyev adlı birisi Azərbaycanda 7 şirkətin təsisçisi olduğundan çox gec xəbər tutub

Jurnalist Sevinc Vaqifqızı yazır ki, sənədlərə görə Tarix Hacıyev adlı birisi Azərbaycanda 7 şirkətin təsisçisidir.

Bu şirkətlərin hamısının hüquqi ünvanı Füzuli rayonunun Zobucuq kəndindəki 189 nömrəli evdir. Həmin bu Tarix Hacıyevin sadə evi.

Məqalədə deyilir ki, Tarix Hacıyev “çox zəngin bir maqnat olduğundan” yalnız 2013-cü ildə Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinə çağırılanadək xəbər tutmayıb.

Günlərin bir günü qardaşım mənə dedi ki, şəxsiyyət vəsiqəmi də götürüb onun işlədiyi vergi idarəsinə gəlim

Bu idarədə isə ona bildirilib ki, onun hər bir şirkəti ödənməmiş vergilər üzrə 4000-7000 manat arası borcludur.

Bütün ötən il ərzində Tarix Hacıyev günahsızlığını sübut etmək üçün dəfələrlə 300 kilometrlik məsafəni qət edərək Füzulidən Bakıya gəlib.

Ən maraqlısı isə budur ki, onun qardaşı Rəşad Hacııyev Füzuli rayonu üzrə vergi müfəttişidir.

Zavallı Tarixin kədərli tarixçəsi

“Günlərin bir günü qardaşım mənə dedi ki, şəxsiyyət vəsiqəmi də götürüb onun işlədiyi vergi idarəsinə gəlim” – deyib Tarix Hacıyev Mütəşəkkil Cinayətkarlıəq və Korruspsiyaya qarşı Jurnalistika təşkilatına.

Tarix Hacıyev qardaşının iş yerinə gələndə qardaşı ona deyib ki, otağa girib vəsiqəni oradakı şəxsə versin.

Tarix Hacıyev bir gecədə "maqnat" olub
Tarix Hacıyev bir gecədə "maqnat" olub

Otaqdakı adam imzalaması üçün ona çox sayda kağız verib. Tarix Hacıyev sonradan başa düşüb ki, o, əslində müxtəlif şirkətlərin təsisi üçün nizamnamələri imzalayırmış. Həmin vaxt o heç nizamnamə sözünün mənasını da bilmirmiş…

Bundan sonra “otaqdakı cavan oğlan” onu notariat kontoruna apararaq sənədləri təsdiq etdirib və Tarix Hacıyevə deyib ki, indi çıxıb işinin dalınca gedə bilər.

Sevinc Vaqifqızı yazır ki, Tarix, beləliklə qondarma sahibkara çevrilib.

Qondarmalar və əsl sahibkarlar

Jurnalist qeyd edir ki, Azərbaycanda bir çox şirkətlərin real sahibləri belə sahibliyi sorğu-sualsız üzərinə götürən adamları tapa bilirlər.

Hüquqi baxımdan qondarma sahibkarın imzası istənilən işi görmək, başlıcası isə pul köçürmələri etmək olar.

Məqalədə deyilir ki, belə şirkətlərin gəliri əsl sahibkarın cibinə axsa da, vergi kimi məsələlər imza sahibi olan qondarmaların boynunda qalır.

Vergilər Nazirliyi tərəfindən verilmiş sənədlərdə Tarix Hacıyev aşağıdakı şirkətlərin “sahibi”dir:

Elmar-Tikinti Ltd. (Tikinti, Xəstəxana təchizatı)

Texniki Təchizat-N (Loqistika)

Araz Ltd. (Ərzaq təchizatı, suvarma)

BS Kontinental Ltd. (fəaliyyəti göstərilməyib)

A+R Ltd. (fəaliyyəti göstərilməyib)

İnşaat Tikinti Kompani Ltd. (Tikinti)

Kross-LTD-KO Ltd. (İaşə xidməti)

Mötəbər nazirliklər

Məqalədə deyilir ki, Tarix Hacıyevin xəbəri olmayan bu şirkətlər nəinki fəaliyyət göstəriblər, onlar hətta tenderləri də udublar.

Məslələn 2013-cü ildə “Elmar-Tikinti Ltd” Səhiyyə Nazirliyinin Sumqayıtdakı iki xəstəxanasının dəftərxana və mətbəx avadanlığı təchizatı üçün 4136 manatlıq tenderini qazanıb.

Kross-LTD-KO Ltd. Dövlət Sərhəd Xidmətinin, Səhiyyə, Kənd Təsərrüfatı və Müdafiə nazirliklərinin 134 min 472 manatlıq tenderlərini əldə edib.

Tarix Hacıyev indi bu barədə qardaşı Rəşada şikayət edəndə, o yalnız arxayın salmağa çalışır: “Narahat olma, şirkətləri özüm ləğv etdirəcəyəm” deyir.

Zavallı Tarix isə artıq bu sözlərə inanmır: “O bunları necə ləğv etdirə bilər? Bir şirkəti kiməsə satıb, direktor təyin edib, sənədləri möhürləyib. Bütün sənədlərin altında isə mənim imzam var”.

Balaca qardaşı da aldadarlarmı?

Məqalədə deyilir ki, 64 yaşlı Rəşad Hacıyev 1991-ci ildən Füzuli Rayon Vergi İdarəsinin rəhbəridir.

Ondan 4 yaş kiçik olan Tarix deyir ki, aralarında heç vaxt narazılıq olmayıb, amma indi bir-birləri ilə kəlmə də kəsmirlər.

“Qardaşımın Nərimanovda, Razində, Qaraçuxurda və Mərdəkanda evləri var. Adamlar deyirlər ki, onun çox yerdə mülkləri var. Bu qədər pulu hardandır? O məni tamamilə məhv edib. Adıma qeydiyyatdan keçirdiyi şirkətləri satıb” – deyir kiçik qardaş.

Mənim qardaşıma beş il iş kəsiblər. Üç ildir ki, həbsxanadadır. Başqa birisinə 7 il iş veriblər. Hətta belə adamlardan biri həbsxanada vəfat edib.

Tarix Hacıyev deyir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsinə müraciət edib, lakin orada söhbətin Rəşad Hacıyevdən getdiyini biləndə müstəntiq işi üzərinə götürməkdən imtina edib”.

Müstəntiq məsləhət görüb ki, Tarix direktorları və mühasibləri çağırsın və vergi borclarını onlar ödəsinlər.

“Mən onlara dedim ki, heç bir direktor və ya mühasib tanımıram. Onları qardaşım təyin edib, qoy o da onlara zəng etsin” - deyib Tarix Hacıyev.

Əlilliliyinə görə 90 manat pensiya alan tarix Hacıyevin vəkil tutmağa belə pulu yoxdur.

Arvad kişi gətirən pulu sorğu-sual etmir

Məsələ burasındadır ki, Tarix Hacıyevin imzaladığı sənəddəkilərin heç də hamısı ağ günə çıxmayıblar. Əksinə, hətta həbsxanaya düşənləri, orada dünyasını dəyişənləri olub.

Şamil Əliyev Hacıyevə “məxsus” Kross-LTD-KO Ltd və İnşaat Tikinti Kompani Ltd şirkətlərinin hüquqi nümayəndəsi sayılır.

Samir Əliyev deyir ki, iki qardaş daim ehtiyac içində yaşayıblar
Samir Əliyev deyir ki, iki qardaş daim ehtiyac içində yaşayıblar

O hazırda 5 illik həbsxana cəzasının üçüncü ilini çəkir. Hərçənd Tarix Hacıyevin “banisi” olduğu şirkətlərə deyil, Təchizat Servis Ltd adlı başqa bir qurumda külli miqdarda vergidən yayınmada ittiham olunub.

Şamilin qardaşı Samirin dediyinə görə bu şirkət qardaşının adına qeydiyyatdan keçirilib və o, əvvəl-əvvəl ayda 300 manat məvacib də alırmış. Onun adına birdən birə 13 bank hesabı açılıbmış! Bir ildən sonra Şamil artıq həbsxana idi.

Əliyev qardaşlarına deyiblər ki, pul köçürmələri əməliyyatının başında Şahin Əliyev adlı birisi durur.

Jurnalist Sevinc Vaqifqızı onu tapa bilməyib, lakin Bakının ətrafındakı evlərinə gedib. Arvadı yalnız bunu deyib ki, əri tacirdir, amma onun işlərindən xəbərdar deyil. Qadın həm də deyib ki, Azərbaycanda kişilər evə pul gətirəndə arvadlar bunun haradan gəldiyini soruşmurlar.

Bu nömrəyə zəng çatmır…

Lakin Vergi Nazirliyinin rəsmi saytında olan məlumata görə Şamil Əliev “Təchizat Servis”in başçısı kimi 1 milyon 504 min 903 manat vergidən yayınıb.

Samir Əliyev deyir ki, iki qardaş daim ehtiyac içində yaşayıblar.

“Onlara görə çox adamlar iztirab çəkirlər – deyir Samir, - Mənim qardaşıma beş il iş kəsiblər. Üç ildir ki, həbsxanadadır. Başqa birisinə 7 il iş veriblər. Hətta belə adamlardan biri həbsxanada vəfat edib. Deyəsən vərəmdən. Yazığın biri idi”.

Tarix Hacıyevin tarixçəsinə gəlincə isə burada da məsələ ümidsizdir.

Vergi departamentinin işçisi Rəşad Hacıyev müxbirin suallarına cavab verərkən bildirib ki, deyilənlərin hamısı yalandır və sonra da mobil telefonunu söndürüb.

XS
SM
MD
LG