Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:40

Xədicə İsmayılın vəkillərinə mədudiyyət


Fariz Namazlı
Fariz Namazlı

-

"Şahid ifadələri var ki, onları əldə edə bilmişik, ancaq əsas bizim istədiyimiz sənədlər var idi ki, onları ala bilməmişik.

Bunlar ekspertiza rəyidir və Vergilər Nazirliyinin aralıq aktıdır."

Araşdırmaçı jurnalist Xədicə İsmayılın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 24-nə təyin olunub. Məhkəmə ərəfəsində AzadlıqRadiosunun suallarını vəkil Fariz Namazlı cavablandırır.

Gözlə

No media source currently available

0:00 0:03:54 0:00
Direct-ə keçid

- Cinayət işinin bütün materiallarını ala bilmisinizmi?

- Bəzilərini ala bilmişik, bəzilərini yox.

- Nələri ala bilmisiniz?

- Şahid ifadələri var ki, onları əldə edə bilmişik, ancaq əsas bizim istədiyimiz sənədlər var idi ki, onları ala bilməmişik. Bunlar ekspertiza rəyidir və Vergilər Nazirliyinin aralıq aktıdır.

- Bəs nə deyib, vermirlər?

- Heç bir izah verilmir.

- AzadlıqRadiosuna qarşı istintaq başa çatmamış, Xədicə İsmayıla qarşı ittihamlar nə dərcədə əsaslı ola bilər?

- 2014-cü ilin aprelində Azərbaycanda QHT-lərin fəaliyyəti ilə bağlı cinayət işi açılıb. Azadlıq Radiosunun fəaliyyəti həmin cinayət işinin tərkibində araşdırılır və hələ də davam etdirilir. Ancaq Xədicə İsmayılın işi Azadlıq Radiosunun işindən ayrılıb, istintaqı yekunlaşıb və məhkəməyə verilib.

Tural Mustafayev
Tural Mustafayev

- Tural Mustafayev öz iddiasını geri götürdü, ancaq istintaq yenə Xədicə İsmayılı onu intihar həddinə çatdırmaqda ittiham edir.

- Təəssüf ki, İstintaq idarəsi bunu araşdırmadı. İndi yəqin ki, o, gəlib məhkəmədə də öz fikrini bildirəcək, bu, məhkəmədə bəlli olacaq.

Biz belə bir sorğu vermişik. Bu maddə ilə necə cinayət işi açılıb, neçə adam haqda hökm çıxarılıb? Hələ cavab almamışıq.

- Azərbaycanda təkcə son 4 ayda azı 3 adam, iddiaya görə, kreditlə bağlı intihar edib, intihar həddinə çatdırma ilə bağlı istintaqlar da başlanıb. Ancaq bu ittihamla neçə məhkəmə olub?

Xədicə İsmayıl
Xədicə İsmayıl

- Biz belə bir sorğu vermişik. Bu maddə ilə necə cinayət işi açılıb, neçə adam haqda hökm çıxarılıb? Hələ cavab almamışıq.

- Məhkəmədən gözləntiniz nədir?

- İndidən demək olmaz ki, məhkəmə obyektiv olacaq yoxsa yox.

Hazırda həbsdə olan Xədicə İsmayıl əvvəlcə Tural Mustafayevi intihar həddinə çatdırmaqda ittiham olundu. Ona 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünüöldürmə həddinə çatdırma) ilə ittiham irəli sürüldü.

Sonradan T.Mustafayev mətbuat vasitəsilə şikayətini təzyiq altında verdiyini və şikayətindən imtina etdiyini bildirdi.

2015-c ilin fevralında isə Xədicə İsmayıla qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürüldü.

XS
SM
MD
LG