Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:45

Türkiyə sərhədlərinə divar çəkir


Bulent Arinc
Bulent Arinc

-

Türkiyə hakimiyyəti Suriya və İraqa vuruşmağa gedən xarici yaraqlıların qarşısını almaq üçün sərhədlərini möhkəmləndirir.

AzadlıqRadiosununun müxbiri 900 kilometrlik Suriya sərhəddinin bir sıra yerlərində beton sədlər çəkilməsinə başlandığını xəbər verir.

Türkiyə hökuməti həmin ərazilərə hərbi hissələr və texnika yeridir.

Bu ərazilərdə əlavə hərbi məntəqələr, kameralar quraşdırılmasə və ikiqat tikanlı məftillər çəkilməsi nəzərdə tutulur.

Baş nazir müavini Bulent Arinc iyulun 22-də Ankarada keçirdiyi mətbuat konfransında deyib ki, məqsəd Türkiyə və Suriya xalqlarını bir-birindən ayırmaq yox, terrorçuların hərəkətini dayandırmaqdır.

Amma müxalifət bu tədbirlərin bəs olmadığını deyir və hakimiyyəti sərhədlərin təhlükəsialiyini təmin eədə bilməməkdə günühlandırır.

Hazırda Türkiyənin Suriya ilə həmsərhəd olan bölgələrində 2 milyondan çox Suriya qaçqını var.

Bu bölgələrdə vaxtaşırı terror aktları törədilir, qaçaqmalçılıq baş alıb gedir və İslam Dövləti qrupuna qoşulmaq üçün Suriyaya yaraqlılar keçirilir.

Bu günlərdə Suriyanın Suruc şəhərində törədilən terror aktında 32 nəfər ölüb, 100-ə yaxın adam isə yaralanıb.

Bu şəhər Suriya sərhəddinin 10 kilometrliyində yerləşir.

XS
SM
MD
LG