Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:39

Jurnalist Elmar Hüseynovun doğum günüdür


Elmar Hüseynov
Elmar Hüseynov

.

Gözlə

No media source currently available

0:00 0:00:33 0:00
Direct-ə keçid

(Prezident İlham Əliyev qətldən dərhal sonra bir neçə televiziya əməkdaşının qarşısına çıxaraq Elmarın öldürülməsini yuxarıdakı səsdə olduğu kimi qiymətləndirmişdi. O zaman prezident qatilin tezliklə tapılacağına da söz vermişdi...)

İyulun 17-də «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günüdür. Yaşasaydı, onun 48 yaşı tamam olacaqdı.

Elmar Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında odlu silahla öldürülüb. Qətlin sifarişçiləri və icraçıları indiyədək həbs edilməyib. Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət edib.

Elmar Hüseynovun qətlində hüquq-mühafizə orqanları Gürcüstan vətəndaşları Teymuraz Əliyevi və Tahir Xubanovu ittiham edir. Gürcüstan hakimiyyəti bununla bağlı onların günahını sübuta yetirən dəlillər təqdim olunmadığını bildirib.

Jurnalistin dostu, «Qanun» jurnalının redaktoru Şahbaz Xuduoğlu Elmarın söz azadlığı uğrunda vuruşduğunu, elə buna görə də qətlə yetirildiyini deyir:

«Elmar Azərbaycan mətbuatında söz azadlığı, mətbuat azadlığı uğrunda döyüşən son səngərdə idi. O səngər Elmarın qətli ilə məhv edildi, dağıdıldı».

Elmar Hüseynov 1967-ci il iyulun 17-də Bakıda doğulub.

1992-ci ildə Azərbaycan Mühəndis-İnşaatçılar İnstitutunu mühəndis-hidrotexnik ixtisası üzrə bitirib. Bir müddət Xudafərin SES-də və Rusiyada Boquçan SES-də ixtisası üzrə çalışıb.

Elmar Hüseynov 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə də «Trend» analitik-informasiya agentliyini, 1996-cı ildə isə «Monitor» jurnalını təsis edib.

«Bakinski bulvar», «Bakinskiye vedomosti» qəzetlərinin təsisçisi idi.

İki il əvvəl «Art for Democracy» hüquq-müdafiə kampaniyası Elmar Hüseynovun doğum günü ilə bağlı ona mahnı həsr etmişdi. «Tengri» rok qrupunun ifasında səslənən mahnı «Yad» adlanır.

XS
SM
MD
LG