Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:50

Köçkün: "Həm rüşvət aldı, həm də evi uçurtdu"


Arxiv fotosu
Arxiv fotosu

-

Sumqayıt şəhəri, "Yaşıl dərə" yaşayış massivi 76-cı məhəllədə məskunlaşmış Laçın köçkünü Samirə Həmidova "Qaynar xətt"ə şikayət edib.

Onun şikayəti Sumqayıt şəhər Memarlıq İdarəsindəndir. Deyir idarənin Kənan adlı əməkdaşı ilə bağlı Sumqayıt şəhər Prokurorluğuna, Polis Idarəsinə yazdığı şikayətləri də cavabsız qalıb.

"RÜŞVƏTİN QALANINI VAXTINDA ÇATDIRMADIM, SÖKDÜLƏR"

"Yaşıl dərə, 76-cı məhəllədə “Zil” maşınının kuzovunda yaşayıram. Biz burda köçkün gəlib məskunlaşarkən heç işıq xətti, su yox idi. Güc-bəla, qəpik-qəpik yığaraq yaşadığımız budkanın qabağından 3x2-yə bir otaq tikib mətbəx kimi istifadə edirdim. Sumqayıtın Memarlıq idarəsindən Kənan adlışəxs gəldi. Mənə yaşadığımız yerin qanunsuz olduğunu bildirdi. Yerin sənədləşdirilməsi üçün bizdən 3 min manat istədi. Bildirdim ki, imkanım yoxdur. Bankdan 2.500 manat götürdüm. Övladım xəstə olduğu üçün 1000 manatını ona xərclədim. 1500 manatını isə Kənana verdim. Bundan artığına imkanım olmadığını bildirdim. Dedi, 1000 manat da düzəlməsə xeyri yoxdur. Tikili dağıdılacaq. Bu il martın 10-da ekskovator və traktor göndərib komanı dağıtdı".

"DEDİM PULU QAYTAR, DEDİ, NƏ PUL?"

Köçkün deyir, iki maşından çox daşını oğurlayıblar. Bu il martın 11-də Sumqayıt şəhər Memarlıq Idarəsinə gedib:

"Gedib Kənanı tapdım, dedim, bir az səbr edəydin, pulun qalanını da bankdan götürüb verəcəkdim. Dedi, artıq gecdi, o evdən çıx. Dedim puıu qaytar. Bildirdi ki, nə pul? Sənin sübutun yoxdur, mənə heç kim heç nə edə bilməz. Mən vəzifə borcumu yerinə yetirirəm. Kimə istəyirsən şikayət et. Burada qanunsuz məskunlaşmısınız".

Samirə Həmidovanın sözlərinə görə, maddi durumu pisdir, övladı xəstədir. Qalmağa yerləri yoxdur. Üstəlik də qurum işçisinə bankdan kreditlə götürüb rüşvət kimi verdiyi pulu qaytarmalıdır. O, Sumqayıt Şəhər Prokurorluğunda şikayətinin araşdırılmasını tələb edir.

Sumqayıtın Memarlıq və Şəhərsalma İdarəsindən ittihamlara cavab verən olmadı. Sumqayıt Şəhər Prokurorluğu isə köçkünün şikayətinin araşdırıldığını bildirdi.

XS
SM
MD
LG