Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:55

Prezidentə e-mail yazmağın axırı nə ola bilər


İlham Əliyev Qobustan sakinləri ilə görüşür, 1 may 2013
İlham Əliyev Qobustan sakinləri ilə görüşür, 1 may 2013

-

"Məhkəmələrə müdaxilələrə son qoyuldu, iş mənim xeyrimə həll olundu, aldıqları qanunsuz cəriməni qəpiyinə qədər geri qaytardılar”.

Amma Prezidentə məktublar bəzən işləri korlaya da bilir.

Iqtidar, yoxsa müxalifət lideri?

Əgər mətndən imzanı götürsən, İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin iclasındakı çıxışının sahibkarlarla bağlı hissəsini onun siyasi rəqiblərinin nitqi ilə qarışıq salmaq mümkündür. Prezident öz hökumətini ciddi tənqid edir:

“Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır”.

Prezident deyir ki, sahibkarlar ona e-mail yazsınlar

Daha sonra prezident sahibkarlara çıxış yolu təklif edir:

“Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mail yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq”.

Azər Qasımlı
Azər Qasımlı

Müxalifətdəki ReAL hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı Azadlıq Radiosuna deyir ki, sahibkarlara qarşı basqılar həmişə olub, indi sadəcə o həddə çatıb ki, İ.Əliyev özü dilinə gətirməyə məcbur qalıb: “Neftin ucuzlaşmasından sonra büdcəni doldurmaq üçün sahibkarlara təzyiqlər artıb”.

E-mail yazan sahibkarın uğur hekayəti

“Ulduz” firmasının sahibi Mədət Pənahovun prezidentə müraciəti uğur hekayətidir.

O, 2010-ci ildən bəri azı beş dəfə İlham Əliyevə elektron məktub, adi məktub yazıb, teleqram vurub. Mədət Pənahov AzadlıqRadiosuna deyir: “Sahibkarlar prezidentə müraciət etsinlər, faydası olur. Mənim üstümə qanunsuz 120 min manata qədər vergi borcu yazmışdılar. Gətirdiyim kafeli sərhəddən keçirə bilmirdim, mallarımı buraxdılar. Məhkəmələrə müdaxilələrə son qoyuldu, iş mənim xeyrimə həll olundu, məndən aldıqları qanunsuz cəriməni qəpiyinə qədər geri qaytardılar”.

Hərçənd Mədət Pənahovun əlində sübutu yoxdur ki, onun işləri məhz prezidentə məktubuna görə yoluna düşüb, ya yox. O deyir ki, işləri prezidentə yazandan sonra düzəldiyi üçün belə güman edir: “Məktublardan sonra dövlət orqanları məni dəvət edib, işi araşdırdılar”.

Prezidentin köməkçiləri məktubları gizlədir?

Amma hamı Mədət Pənahov qədər şanslı deyil.

Başqa bir sahibkar Nazim Məmmədovun məktubları İlham Əliyevə yetişmir.

2006-cı ildə İlham Əliyev Şirvana gedəndə orta məktəb müəlliməsi Tamilla Əliyeva məktubunu dövlət başçısına əlbəəl verib, yerli icra hakimiyyətindən şikayət edib, mənzil istəyib. 10 gün sonra Prezident Aparatı məktubu Şirvan icra hakimiyyətinə göndərib, Tamilla Əliyevaya mənzil ala bilməyib.

Nazim Məmmədov AzadlıqRadiosuna deyir ki, 2012-ci ildə həmtəsisçisi olduğu «Ahmed-Ataxan» Azərbaycan-Türkiyə metalyayma müəssisəsinə hücum edən qoçu dəstələri hələ də cəzalandırılmayıb:

“2014-cü ilin may ayında polis mühafizəsi ilə müqavilə imzaladıq, istehsalı bərpa etməyə səy göstərdik, hadisə yerinə dəvət olunmuş bu yüksək çinli polis zabitləri də qoçu dəstələrinin qabağında tab gətirmədi və müəssisəni polislərin gözü qabağında zəbt etdilər, kameraları sındırdılar, mənim şəxsimə qarşı soyğunçuluq etdilər. Həmin gün verdiyim şikayətlər də bu günə qədər araşdırılmayıb. Dövlət strukturlarından bir kömək ala bilmədiyimdən, özüm şəxsi mühafizəmi təşkil etdim”.

Nazim Məmmədov güman edir ki, onun məktublarını ya prezidentin köməkçiləri, ya da ümumi şöbə işçiləri prezidentə çatdırmırlar: “Prezidentin sahibkarlara siyasi mənəvi və maddi dəstəyini həmişə təbliğ edən şəxs olaraq ümidim var ki, müraciətlərimə baxılacaq”.

Sənə yar, səndən yar misalı

Prezidentə məktublar bəzən işləri korlaya da bilir.

2006-cı ildə İlham Əliyev Şirvana gedəndə orta məktəb müəlliməsi Tamilla Əliyeva məktubunu dövlət başçısına əlbəəl verib, yerli icra hakimiyyətindən şikayət edib, mənzil istəyib. 10 gün sonra Prezident Aparatı məktubu Şirvan icra hakimiyyətinə göndərib, Tamilla Əliyevaya mənzil ala bilməyib.

Prezidentə yazdı, həbs olundu

2010-cu ildə Cəlilabad sakini Şəfa Əhmədov prezidentə məktub yazıb, üç gün sonra həbs olunub.

Əliyevə məktublar

Aşağıdakı linkə daxil olub, İlham Əliyevə məktub yazmaq mümkündür.

Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır.

Elektron müraciətə qoşma fayllar yükləmək olmur. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və s. əlavələr Prezident Administrasiyasının e- mail: office@pa.gov.az ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir:

Azərbaycan Respublikası, Bakı, Az 1066, İstiqlaliyyət küçəsi 19, “Prezident Sarayı”.

Mövzu həm də bu forumda müzakirə edilir.

XS
SM
MD
LG