Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:50

Azərbaycanda özəl bankı bağladılar


Evrobank
Evrobank

-

Azərbaycanın Mərkəzi Bankı “EuroBank” ASC-nin lisenziyasını ləğv edib, “Azərbaycan Kredit Bank” ASC-yə isə özünün müvvəqəti nümayəndəsini təyin edib.

Bu haqda Mərkəzi Bank iyulun 13-də məlumat yayıb. Həmin məlumatda deyilir ki, sözügədən iki bankla bağlı qəbul edilmiş qərar əhalinin əmanətlərinin və digər kreditorların vəsaitlərinin təhlükəsizliyinin təmin etmək, bank sektorunun sabitliyinin və ona etimadın qorunması məqsədilə edilib:

“Problemli, adekvat kapitallaşmamış bankların fəaliyyətinin məhdudlaşdırılması və sistemdən kənarlaşdırılması üzrə davamlı olaraq tədbirlər görülürür”.

“EvroBank” ASC Mərkəzi Bankın minimum məcmu kapitalının artırılması üzrə tələblərə əməl etmədiyindən bağlanıb. Bu bank kapitallaşma və fəaliyyətində mövcud olan digər çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlərə də əməl etmədiyi bildirilir.

Mərkəzi Bank “Azərbaycan Kredit Bankı” ASC-nin fəaliyyətində ciddi nöqsan və çatışmazlıqların olduğunu bildirir:

“Bu bank da göstərişlərə əməl etməyib, kapitalı minimum tələbdən azdır. Buna görə də “Azərbaycan Kredit Bankı” ASC-nin də fəaliyyəti məhdudlaşdırılıb”.

"EuroBank"da əhalinin əmanəti yoxdur, “Azərbaycan Kredit Bank”ında isə əmanətlərin həcmi azdır. Mərkəzi bank qeyd edir ki, əmanətləri qaytarmaq üçün bankın yetərli vəsaiti var.

Mərkəzi Bank bir neçə il əvvəl Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kapitalını 10 milyon manatdan 50 milyon manata qaldırılması haqda qərar vermişdi. Həmin qərar 2014-cü il yanvarın 1-dən qüvvəyə minməli olsa da sonradan bir il daha uzadıldı.

XS
SM
MD
LG