Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:54

Putinin dostu "fast food"a müharibə elan edir


Vasily Shestakov
Vasily Shestakov

-

Qamburqer, biqmak, qızardılmış kartof, qazlı içkilər – bütün bunlar millətə alkoqol qədər təhlükə yaradır?

Rusiyalı deputat, prezident Vladimir Putinin köhnə cüdo dostu düşünür ki, bəli!

O, şəkərli içkilər və yağlı yeməklərə alkoqol kimi qadağa qoyulmasına çağırır.

Vahid Rusiya Partiyasından deputat Vasily Shestakov iyulun 7-də “Kommersant” qəzetinə deyib ki, tezliklə qanunvericiliyə müvafiq dəyişiklikləri təqdim edəcək. Məqsəd "fast food" reklamını da alkoqol reklamı kimi qadağan etməkdir.

Rusiyada alkoqol reklamı qadağandır. Deputatın fikrincə, ərzağın 100 qramının tərkibində 12.5 qram şəkər, 1.5 qram soda, 20 qram yağ varsa, “ziyanlı” sayılmalıdır. Onun sözlərinə görə, belə ərzaq “milli ərzaqla ziddiyyət təşkil edir”.

QADAĞALAR SANKSİYALARDAN SONRA GƏLDİ

Moskvanın Pushkin meydanındakı Mac Donalds
Moskvanın Pushkin meydanındakı Mac Donalds

Bu cür məhsulların səhər 7-dən axşam 10-dək TV və radioda, ictimai yerlərdə reklamının qadağan olunması təklif ediləcək.

AzadlıqRadiosunun müxbiri Tom Balmforth diqqəti bu təklifin Rusiyada antiqərb ruhunun yüksəldiyi bir vaxtda verilməsinə yönəldir. Ukrayna münaqişəsi ilə bağlı qarşılıqlı sanksiyalar bu qarşıdurmanı daha da gücləndirib. Rusiyada "fast food" məkanları da məhdudiyyətlərlə üzləşib.

Bəzi deputatlar McDonalds-ın bağlanmasına çağırıb. Moskvada birinci McDonalds 1990-cı ildə Puşkin meydanında açılıb. Həmin restoran ötən il bir neçə ay bağlı qalıb. Şəbəkənin digər obyektləri də səhiyyə və təhlükəsizlik pozuntuları adıyla bağlanıb.

Mikhalkov-un milli "fast food" yaratmaq təklifini ələ salan karikatura
Mikhalkov-un milli "fast food" yaratmaq təklifini ələ salan karikatura

Apreldə tanınmış rejissor Nikita Mikhalkov “vətənpərvər” təklif irəli sürüb, Rusiyanın "fast food" şəbəkəsini yaratmaq təşəbbüsüylə çıxış edib və Putin də bu təklifi dəstəkləyib.

KVAS DA REKLAM OLUNMAYACAQ?

Shestakov-un təklifi isə deyəsən təkcə "fast food"a aid olmayacaq. Digər tərəfdən yerli və xarici ərzağı fərqləndirmək üçün də elə bir mexanizm irəli sürülmür. Məsələn, belə çıxır Rusiyada çovdar çörəyindən hazırlanan kvas, bəzi marqarinlər, sosiska növlərinin reklamı da qadağan oluna bilər, Kommersant yazır.

Eləcə də ölkənin reklam sənayesinə ciddi ziyan dəyə bilər. Müştərilərin 8 faizi itirilə bilər.

Shestakov Dövlət Dumasının veteranıdır, Putinlə çoxdanın dostudur. Yavara-Neva cüdo klubunun həmtəsisçisidir. Putin bu klubun prezidenti, biznesmen Arkady Rotenberg baş direktorudur. Shestakov həmçinin Putin-lə bir neçə kitabın həmmüəllifidir. Onlardan biri “Cüdo. Tarix, Nəzəriyyə, Təcrübə”, digəri isə “Gəlin Cüdonu Vladimir Putindən öyrənək” adlanır.

XS
SM
MD
LG