Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:45

Xədicə İsmayılın işi üzrə istintaq yekunlaşdı


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Araşdırmaçı-jurnalist Xədicə İsmayılın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bu barədə AzadlıqRadiosuna vəkil Fariz Namazlı bildirib. O deyir ki, cinayət işi tanış olmaq üçün vəkillərə verilib.

Xədicə İsmayıl Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaqda ittiham olunur.

Sonradan Tural Mustafayev mətbuata müraciət edərək şikayətini geri götürüb.

Ötən il dekabrın 5-də Səbail rayon Məhkəməsinin qərarı ilə Xədicə İsmayıl barəsində 2 ay həbs-qətimkan tədbiri seçilib, sonradan bu müddət bir neçə dəfə artırılıb.

Jurnalistə qarşı AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

AzadlıqRadiosu, beynəlxalq hüquq müdafiə təşkilatları Xədicə İsmayılın ölkə prezidenti İlham Əliyevin və onun ailə üzvlərinin biznesini araşdırdığı üçün təzyiqlərlə üzləşdiyini bildirirlər.

XS
SM
MD
LG