Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:51

Məhkəmə Elçin İsmayıla xəbərdarlıq edib


Elçin İsmayıl
Elçin İsmayıl

-

İyunun 3-də İsmayıllı rayon Məhkəməsi jurnalist Elçin İsmayıla xəbərdarlıq edəndən sonra sərbəst buraxıb.

Bu haqda AzadlıqRadiosuna Elçin İsmayıl özü məlumat verib.

Jurnalist deyib ki, polislər onu dünən çəkilişdən qayıdandan sonra evinin yanında saxlayıb. Ona deyiblər ki, söyüş söydüyünə görə bizimlə polis şöbəsinə getməlisən.

Elçin İsmayıl deyir ki, əslində bunlar bəhanədir: «Məni jurnalist fəaliyyətimə görə saxlamışdılar. Çünki polis mənə deyirdi ki, tənqidi məqalələrə son qoymalısan. «Azərbaycan saatı» proqramı, onun rəhbəri Qənimət Zahidlə əlaqəni kəsməlisən».

Elçin İsmayıl «Cümhuriyyət» qəzetinin redaktor müavini və «Azərbaycan saatı» televiziya proqramının müxbiridir.

XS
SM
MD
LG