Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:39

Yaxın sahillərdə: Siyavuş Novruzov Shultz-a qarşı


Siyavuş Novruzov
Siyavuş Novruzov

“Ayın 12-də Avropa Oyunlarının açılışıdır, ayın 10-da Martin Shultz dünyada görünməmiş ad altında - “İdman və insan hüquqları” mövzusunda tədbir təşkil edir” – deyə qəzəblənib deputat.

8-11 iyunda Avropa Parlamentinin gündəliyinə həm də “idman və insan haqları” mövzusunun müzakirəsi daxil edilib. Gündəlikdə duran əsas məsələlər isə Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı proqramı üzrə danışıqlar; Avropa İttifaqı-Rusiya münasibətləri və Qara dəniz hövzəsindəki hərbi vəziyyət; eləcə də gender bərabərliyi və Macarıstandakı vəziyyətin müzakirəsidir.

Azərbaycanda, özəlliklə, Avropa Oyunları ərəfəsində Avropa Parlamentində idman və insan haqları mözvusunun müzakirəsi bir mənalı qarşılanmayıb.

AVROPA OYUNLARININ AÇILIŞINA CƏMİ İKİ GÜN QALMIŞ…

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bunu anti-Azərbaycan kampaniyasının davamı kimi qiymətləndirib. O, mayın 29-da Milli Məclisin sonuncu yaz sessiyasında çıxışında Avropa Parlamentinin Azərbaycanla bağlı bəyanat və qərarlarını qərəzli saydığını deyib:

“Shultz deyiləndə nədənsə yadıma “Uzaq sahillərdə” filmi düşdü. Orada Shultzun baxışları var ha… Nə isə çox dərinə getmək istəmirəm”.

“Daxildə olduğu kimi, xaricdə də Azərbaycanın sürətli inkişafını, tərəqqisini, ictimai-siyasi sabitliyini bəzi qüvvələrin gözü götürmür. Avropa Parlamentinin prezidenti Martin Shultzun son vaxtlar maskası cırılıb, əsl siması ortaya çıxıb. Təsəvvür edin, iyunun 12-də “Bakı 2015” Avropa Oyunlarının açılışıdır, ayın 10-da Martin Shultz dünyada görünməmiş ad altında - “İdman və insan hüquqları” mövzusunda tədbir təşkil edir. Xocalı soyqırımı niyə Avropa Parlamentində müzakirəyə çıxarılmır? Burada ikiüzlülük, satqınlıq var”.

SPİKERİN YADINA BAŞQA SHULTZ DÜŞÜB…

Siyavuş Novruzov düşünür ki, məhz Martin Shultzun tapşırığı ilə Avropa Oyunlarının boykot etmək çağırışları edilir:

“Martin Shultzun nə deməsindən, simasızlığından asılı olmayaraq Avropa Oyunları yüksək səviyyədə keçiriləcək”.

Siyavuş Novruzov çıxışını yekunlaşdırandan sonra spiker Oqtay Əsədov Shultz haqda deyilənləri belə şərh edib:

“Shultz deyiləndə nədənsə yadıma “Uzaq sahillərdə” filmi düşdü. Orada Shultzun baxışları var ha (gülür)… Nə isə çox dərinə getmək istəmirəm”.

“GÖRƏN SORUŞUR, NİYƏ BU VƏZİYYƏTDƏSİNİZ?”

Bu sualı hüquq müdafiəçisi Arzu Abdullayeva qaldırır. O bildirir ki, Azərbaycanda insan haqları qorunsaydı, bu söz onları bu qədər narahat etməzdi:

Azərbaycanda insan haqlarının durumu olduqca ağırdır. Hara gedirsən, adamdan soruşurlar ki, ölkənizdə vəziyyət niyə belədir?

“İnsan haqları pozulmursa, o zaman nə qədər qara PR aparılır aparılsın, bundan qorxmağa ehtiyac qalmaz. İnsan haqları məfhumu nəyə görə Azərbaycan iqtidarını bu qədər qorxutmalıdır? Nahaq yerdən Azərbaycanı tənqid edirlərsə, vətəndaş cəmiyyəti bunu müdafiə edə bilər. Amma çox təəssüflər olsun ki, biz hüquq müdafiəçiləri görürük ki, Azərbaycanda insan haqlarının durumu olduqca ağırdır. Ölkədə insan haqlarının durumu onun beynəlxalq miqyasda müzakirəsinə əsas verir. Hara gedirsən, adamdan soruşurlar ki, ölkənizdə vəziyyət niyə belədir?”

Arzu Abdullayeva
Arzu Abdullayeva

Azərbaycanda 100-dək siyasi və vicdan məhbusunun olduğu bildirilir. Onların arasında hüquq müdafiəçiləri, jurnalistlər, gənc fəallar, bloggerlər də var. Bir sıra yerli və beynəlxalq təşkilatlar Azərbaycanda insan haqlarının durumunu təndiq edir.

MARTİN SHULTZUN CAVABI…

Avropa Parlamenti prezidenti Martin Shultz Riqa Sammitindən sonra bildirib ki, ən azı parlamentin prezidenti kimi onun Azərbaycandakı vəziyyətə dair öz fikirlərini bildirmək haqqı var:

“Avropa Parlamentinin prezidenti kimi Azərbaycanın daxili vəziyyəti, demokratiyanın durumu, siyasi məhbuslar məsələsi ilə bağlı öz fikirlərimi bildirmişəm. Amma düşünürəm ki, biz danışıqları davam etdirməliyik. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, kimlər ki, bir-biri ilə danışır, müzakirələr aparır, onda nələrisə dəyişmək mümkündür».

Iyunun 12-də Azərbaycanda ilk Avropa Oyunlarının açılışıdır. Oyunlar iyunun 28-dək davam edəcək.

XS
SM
MD
LG