Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:27

Yanan binanın üzlüyü nədən olub: Penoplast, yoxsa poliuretan?


Mayın 19-da yanan 16 mərtəbəli binanın fasadına çəkilən üzlüyün adı nədir? Penoplast, ya poliuretan? Bu iki məhsul bir-birindən nə ilə fərqlənir? Penoplast istehsalçısı AzadlıqRadiosuna danışır

Mayın 19-da yanan 16 mərtəbəli binanın fasadına çəkilən üzlüyün adı nədir? Penoplast, ya poliuretan? Bu iki məhsul bir-birindən nə ilə fərqlənir? Mətbuatda, hətta rəsmilərin dilindən penoplast sözü çıxıb. Penoplast istehsalçıları isə bunu öz işlərinə antireklam kimi dəyərləndiriblər.

"Mahmud Topçu K" MM İKF- nin direktoru Mahmud Toçiyev AzadlıqRadiosuna yazır ki, artıq yanan binaların üzlənməsində istifadə olunan materialın poliuretan olub və dövlət qurumları da istehsalçı şirkətin adını çəkiblər: “Penoplast (EPS) nə bizim şirkət, nə də Azərbaycan iqtidarı tərəfindən ixtira olunub. Penoplast (EPS) bütün dünyada çox istifadə olunan məhsuldur. Dünyada ildə milyon tonlarla, təkcə Türkiyədə ildə 200 min ton penoplast (EPS) müxtəlif sahələrdə (qida, məişət avadanlığı, mebel sənayesində, inşaat sektoru və s.) geniş istifadə olunur”.

Mahmud Toçiyev yazır ki, qida sənayesində istifadə olunan penoplast oda davamsızdır, çünki onun tərkibinə alov yaşlayıcı-söndürən maddə (antipiren) qatmaq qadağandır: “Digər sahələrdə tərkibində antipiren qatqısı olan penoplast istifadə olunur. Penoplastın (EPS) xammalı stirol (stiren) əsaslı qenişlənən polistiroldur. Polistirolun istehsalı zamanı onun tərkibinə pentan qazı əlavə edilir. Qazın polistirolun tərkibinə əlavə edilməsinin məqsədi onun istehsalı zamanı xammalın şişirdilməsini təmin etməkdir. Pentan qazı genişlənməni təmin edir, istehsal zamanı pentanın 90 faiz, istehsaldan 7-10 gün sonra isə geridə qalan 10 faiz penoplastın tərkibindən uçaraq yox olur”.

Türkiyədə də binalar bu materialla izolyasiya olunur

Müəssisə rəhbəri deyir ki, penoplast soyuq və isti iqlim şəraiti olan ölkələrdə, o cümlədən Türkiyədə binalarin izolyasiyasında çox geniş istifadə olunur. Onun dediyinə görə, penoplastla üzlənmiş (montolanmış) binalar qaz və elektrik sərfiyyatında 35-40% qənaət edilməsini təmin edir: “Binalarin üzlənməsində keyfiyyətli penoplast (1 kub metrin sıxlığı 24-26 kq-dan aşağı olmamaq, penoplastın tərkibində antipiren maddəsinin olması, pentan qazının isə tamamilə yox olması şərtləri ilə) istifadə edərkən üzləmənin EN (Europe-Norms) normalarına uyğun apardıqda yanğın təhlükəsi aradan qalxır”.

“Poliuretandan düzgün istifadə olunmayanda”

Mahmud Topçuyev bildirir ki, o, yanan binanin yanmasının səbəbini tam olaraq bilməsə də, bir istehsalçı kimi poliuretanın divardan aralı profil çərçivələrin üzərinə bərkidilməsinin yanğını qat-qat şiddətləndirdiyindən xəbərdardır: “Divarla üzlüyün arasındakı boşluq baca kimi havanin sirkulasiyasina (aşağıdan-yuxarı) səbəb olub ki, bu da yanğının qısa müddətdə geniş yayılmasına gətirib çıxarıb”.

Bina normalara uyğun üzlənibsə, bu üzlüyü sökmək lazım deyil”

Mahmud Topçiyev deyir ki, bəzi yerlərdə penoplast üzlüklərin sökülməsi hallarının baş verdiyini eşidib: “Əgər binalar norma qaydalarına uyğun keyfiyətdə penoplastla üzləniblərsə, üzlüklər xüsusi polifix və onun analoqları yapışdırıcılarla (divarla üzlüyün arasında boşluq buraxmama şərti ilə) vurulublarsa, belə üzlükləri sökməyə gərək yoxdur. O ki qaldı aqlay daşını daha üstün sayanlara, bunu demək istərdim ki, 1 kv metr daşla üzlənmiş divarın yükü ortalama 120 kq artır. Üzlənən evlərin əksəriyyəti 5-9 mərtəbəli binalardır. Onların üzlənmə sahəsi 5-10 min kv.metrdir, deməli, hər binaya əlavə 600-1200 ton yük yüklənir, allah qorusun, olduğumuz məkan zəlzələ baxımindan riskli zonaya aiddir, ciddi fəsadı ola bilər. Ümumiyyətlə, riskli zonalarda, məsələn, Yaponiyada binanın yükünün azaladilmasina (müqayisədə daha yüngül inşaat materialları istifadə olunur, mənzillər mümkün qədər böyük olmur, ağır ev əşyalarından istifadə olunmur və s.) çalışılır. Bu tədbirlər nəticəsində zəlzələ zamanı itkiləri az olur. Bizim mentalitetə görə belə kiçik mənzillərdən, yüngül ev əşyalarindan vaz keçilmir, heç olmasa, binalarin inşasinda, üzlənməsində daha yüngül, enerji qənaəti baxımından daha səmərəli və təhlükəsiz materiallardan istifadə edilsə, həm iqtisadi, həm də təhlükəsizlik baxımında daha fafdalı olardı”.

Binəqədidə 16-mərtəbəli bina mayın 19-da yanıb. Hadisə 5 uşaq olmaqla 15 nəfərin ölümünə, 50-dən çox insanın yaralanmasına səbəb olub. Ilkin ehtimala görə, yanğına səbəb binaya vurulmuş poliuretan üzlükdür. Prezident İlham Əliyevin yanında dövlət qurumları rəhbərlərindən ibarət Dövlət Komissiyası yaradılıb. Baş Prokurorluq mayın 21-də 4 nəfəri həbs edib. http://www.azadliqradiosu.az/content/article/27029185.html

Yanğın baş verən gün isə binanın üzlənməsini həyata keçirən “GLOBAL" Şirkətlər qrupunun rəhbəri Miryusif Mahmudov saxlanıb.

XS
SM
MD
LG