Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:43

Film kimi: Bəy toyunda borca görə restoranda qaldı, kreditlə canını qurtardı


Arxiv fotosu
Arxiv fotosu

.

Gözlə

No media source currently available

0:00 0:04:38 0:00
Direct-ə keçid

Azərbaycanda kredit götürənlərin sayı 2 milyon 400 min nəfərə çatıb. APA informasiya agentıliyinin Mərkəzi Banka istinadla verdiyi məlumata görə, bu rəqəm ilin əvvəlində 2 milyon 316 min nəfər olub. Kredit götürənlərin böyük əksəriyyəri - 2 milyon 300 minə yaxını fiziki şəxslərdir. Son 1 ildə banklardan borc alanların sayı ötən ilin yanvar ayı ilə müqayisədə təxminən 370 min nəfər artıb.

Kredit üçün banklara müraciət edən, lakin ala bilməyənlərin sayı da az deyil. Təkcə ötən ilin dekabr ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) müraciətlərin sayı 325 min nəfər olub. Lakin, müraciət edənlərdən cəmi 26 min nəfərinə kredit verilib.

21 MİLYARD MANAT KREDİT...
2015-ci ilin mart ayına olan statistikaya görə, maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 21 milyard manat məbləğində kredit ayırıb. Bu kreditlərdən 16 milyardı uzunmüddətlidir.

Mütəxəssislərin bildirdiyinə görə, maliyyə-kredit təşkilatlarının əhaliyə ayırdığı kreditlərin həcmi ildən-ilə artır. 2014-cü ilin mart ayı ilə müqayisədə verilmiş kreditlərin sayı 32% artıb. Bu da təxminən 7 milyard manata yaxın edir.

Kredit götürənlərin sayı ilə müqayisə etsək, əhalisi 10 milyon civarında olan Azərbaycanda hər 4 nəfərdən birinin banklara borcu var. Bu rəqəmi ölkədəki ailələrin sayı ilə müqayisə etsək, ortalama hər ailənin ən az bir üzvünə kredit borcu düşər.

Bəs, əhali kreditləri hansı məqsədlə götürür?

Statistikadan da görünür ki, borc alanların böyük əksəriyyəti - 90%-dən çoxu fiziki şəxslərdir. Mütəxəssislərin bildirdiyinə görə, həmin şəxslərin banklardan götürdüyü pullar istehlak məqsədli kiçik kreditlərdir.

Sosial şəbəkələrdə paylaşılan məlumatlardan da aydın olur ki, bəzi şəxslər kreditləri toy etmək, cehiz əşya almaq, hansısa borcunu ödəmək üçün götürür.

“QAZPULUNU ÖDƏYƏ BİLMİRDİM, KREDİT GÖTÜRDÜM”
Kommunal borclarını ödəmək üçün banklara müraciət edənlər də az deyil. Bakı şəhər sakini Elşad Məmmədov deyir ki, ötən il kommunal borclarını ödəyə bilmədiyindən bir neçə dəfə evinə gələn elekrtik və qaz xəttini kəsiblər. Onun sözlərinə görə, qışın ortasında istiliksiz qalmasın deyə 200 manatlıq kommunal xərcini ödəmək üçün kredit götürməyə məcbur olub:

“Bezdirmişdilər. Gəlib kəsirdilər, 5-10 manat ödəyirdim, qoşurdular yerinə. Axırda dedilər ki, birdəfəlik ödəməsən qoşmayacağıq. Məcbur oldum getdim banka. Uşaqlar soyuqda qalmayacaqdı ki...

Bankda da dedilər ki, min manatdan az verə bilmərik. Mən də düşündüm ki, götürüm, qalanına da evin bir hissəsin təmir edərəm. Hər ay 55 manat qaytarırdım. Devalvasiyadan sonra borcu dollarlahesabladılar və bir neçə aydır ki, 74 manat ödəyirəm. Devalvasiyadan qabaq 1000 manat qarşılığında 1 il ərzində 1200 ödəməli idim. Fevral ayından bəri bank borcumu dollarla hesabladıqdan sonra məlum oldu ki, ümumi 1400 manat ödəməliyəm.”

“ŞADLIQ EVİ BƏYİ GİROV GÖTÜRDÜ, ATASI BANKA GETDİ...”

Elşad Məmmədov deyir ki, qohumları, tanışları arasında istehlak krediti götürüb onu qayatara bilməyənlər də az deyil:

“Adam tanıyıram ki, müəllimdir, qızına cehizlik almalı idi. Maaşı 200 manat olduğundan nağd ala bilmirdi. Məcbur olub kreditə girib. İndi borcunu qaytara bilmir. 200 manatla ailəsini saxlasın, yoxsa kredit qaytarsın?

Bu günlərdə yaxın qohumların birinin toyu oldu. Toya dəvət olunanların əksəriyyəti gəlmədiyindən şadlıq evinə ödənəcək pulun 3 min manatı çatmadı. Şadlıq evini rəhbərliyi bu pula görə toyu olan bəyi şadlıq sarayından buraxmadı. Bəyin atası girov qoyub hardansa pul tapıb gətirdi və oğlunu geri aldı. Növbəti gün isə bankdan kredit götürüb təcili aldığı borcu qaytardı. İndi də həmin bankın pulunu qaytara bilmir”.

Ölkədə əhalinin banklardan götürdüyü kreditlərin 1 milyard 200 manatının ödəmə vaxtı keçib. Bu kreditlər qaytarılmadığından problemli sayılır.

XS
SM
MD
LG