Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:49

Azərbaycan təhlükəsiz doğuş reytinqində 179 ölkədən 90-cısıdır


Rəqəmlərə görə, Azərbaycanda və Ermənistanda hər 1800 doğuşdan biri ananın ölümü ilə nəticələnir.

Azərbaycan Britaniyanın “Save the Children” xeyriyyə fondunun hazırladığı illik Dünya Analıq hesabatının (State of the World’s Mothers report) reytinq cədvəlində 179 ölkə arasında 90-cı yeri tutub.

Bu hesabatın əsas parametrlərindən biri də ananın doğuş zamanı ölməsi ehtimalıdır.

Rəqəmlərə görə, Azərbaycanda və Ermənistanda hər 1800 doğuşdan biri ananın ölümü ilə nəticələnir.

Gürcüstanda bu rəqəm 1300 doğuşdur.

Lakin digər parametrlərin nəzərə alınması ilə ümumi reytinq cədvəlində Azərbaycan 90, Ermənistan 103, Gürcüstan 86-cı yeri tutur.

Başqa keçmiş sovetlərin göstəriciləri daha pisdir: Qırğızıstan 107, Özbəkistan 118, Tacikistan 127-ci pilləni tuturlar.

MDB ölkələri arasında ən salamat doğuşlar Belarusda (25), Rusiyada (56) və Qazaxıstanda (58) baş verir.

Belarusda hər 45 min 200 doğuşdan biri ana ölümü ilə nəticələnir.

Bu mənada Rusiya və Belarusun göstəricələri ABŞ-ın göstəricilərindən yaxşıdır.

ABŞ-da hər 1800 doğuşdan birində ana ölümü qeydə alınır. Buna baxmayaraq bütün başqa göstəricələrlə ABŞ reytinq cədvəlində 33 yeri tutub.

Uşaq dünyaya gətirmək üçün ən təhlükəsiz ölkələr Norveç, Finlandiya, İslandiya, Danimarka, İsveç və Hollandiyadır.

Ötən il olduğu kimi Somali yenə də ana olmaq üçün ən təhlükəli ölkə olaraq qalır.

Burada hər 18 doğuşdan biri ana ölümü ilə nəticələnir.

XS
SM
MD
LG