Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:22

CPJ olimpiya komitəsini Azərbaycan hakimiyyətinə təsir etməyə çağırır


Foto illüstrasiya
Foto illüstrasiya

-

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Avropa Olimpiya Komitələrini iyunun 12-də Bakıda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində mətbuat azadlığının vəziyyətinə görə Azərbaycan hakimiyyətinə təsir göstərməyə çağırıb.

Təşkilatın Avropa və Orta Asiya üzrə koordinatoru Nina Ognianova-nın komitənin direktoru Patrick Hickey-ə göndərdiyi məktubda bildirilir ki, komitənin xartiyasına görə, oyunların təşkilatçıları kütləvi informasiya vasitələrinin yarışları hərtərəfli işıqlandırmasına imkan yaratmalıdır.

«Hazırda 1300-dən çox yerli və xarici jurnalist iyunda keçiriləcək Avropa oyunları ilə bağlı akkreditasiya almaq üçün müvafiq orqana müraciət ediblər. Amma onların əksəriyyətinə belə bir şəraitin yaradılacağına təminat yoxdur. Çünki Xarici Işlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bu yaxınlarda bəyan edib ki, jurnalistlər ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşı aksiyalar keçirsə, akkreditasiya ləğv oluna bilər. Azərbaycandakı mətbuat azadlığı ilə bağlı vəziyyəti nəzərə alsaq, bu bəyanat KİV-in bu oyunları azad şəkildə işıqlandıra biləcəyini kölgə altında qoyur» - məktubda bildirilir.

Məktubda hazırda Azərbaycanda azı 8 jurnalistin həbsdə olduğu bildirilir. Buna misal kimi Pərviz Həşimli və Xədicə İsmayılın adları çəkilir.

Bundan başqa, ötən ilin dekabrında AzadlıqRadiosunun Bakı bürosuna reyd keçirildiyi, əməkdaşlarının sorğu-sual edildiyi, büronun bağlandığı, habelə 2015-ci ildə ölkədə KİV-in fəaliyyətini məhdudlaşdıran yeni qanunlar qəbul edildiyi vurğulanır.

Məktubda bildirilir ki, Azərbaycan senzuranın sərtliyinə görə, dünyanın ən pis 10 ölkəsindən biridir.

Nina Ognianova prezident Patrick Hickey-i Avropa Oyunları ərəfəsində Azərbaycan hökumətinə təsir göstərməyə və ölkədə mətbuat azadlığının vəziyyətinin yaxşılaşdırılmasına kömək etməyə çağırır.

«Avropa Oyunlarının Olimpiya xartiyasının prinsiplərinə uyğun keçirilməsi üçün həbsdə olan jurnalistlər azad edilməli, onlara qarşı ittihamlar aradan qaldırılmalı və KİV-in azad və senzurasız fəaliyyətinə şərait yaradılmalıdır», - məktubda deyilir.

XS
SM
MD
LG