Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:55

Dubay Şeyxi İlham Əliyevlə görüşüb- [fotolar]

-
Aprelin 2-də Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum Azərbaycanda rəsmi səfərdə olub.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Məhəmməd bin-Rəşid Əl-Maktumun iştirakı ilə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında sənədlərin imzalanması mərasimi olub.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə Halların, Böhranların və Fəlakətlərin İdarə Edilməsi Komitəsi arasında fövqəladə halların idarə olunması sahəsində Anlaşma Memorandumunu Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Məhəmməd Qarqaş imzaladılar.

Qeyd edək ki, son zamanlar ​Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun övladı və qohumları Azərbaycanda səfərdə olublar. Onlar Azərbaycanın tarixi abidələriylə maraqlanıb, ovçuluq ediblər.

Fotolar president.az saytından götürülüb.

Davamı

Bölmələr

XS
SM
MD
LG