Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:54

ABŞ Senatoru hakimiyyətə çağırış etdi


Senator Richard Durbin
Senator Richard Durbin

-

ABŞ Senatının üzvü Richard Durbin bəyanatla çıxış edərək ABŞ administrasiyasını qlobal problemlər, Ukraynaya qarşı təcavüz və İŞİD-lə mübarizə fonunda əsas siyasi azadlıqları unutmamağa çağırıb.

O, müraciətində demokratik dəyərləri təbliğ etdiyi üçün həbs edilən “bir neçə cəsur adamı” xatırladıb: “Birincisi, Azərbaycanda hüquq müdafiəçilərinə qarşı son repressiyalardan çox narahatam. Bu, son ildə durumun pisləşdiyi ölkədə həyəcanlı tendensiyanın bir hissəsidir”.

Richard Durbin yazır ki, “New York Times”ın redaksiya məqaləsində prezident İlham Əliyev Qərblə dil tapan bir siyasətçi olduğuna dünyanı inandırmağa çalışan, amma eyni zamanda insan haqlarını dəhşətli şəkildə pozan formalar yaradıcısı kimi xarakterizə edilir: “Əliyev istəyir dünyanı inandırsın ki, Azərbaycan mülayim islama etiqad edən nümunəvi dövlətdir, Qərblə möhkəm əlaqələr saxlayır, Avropa Oyunlarını keçirə biləcək ideal ev sahibidir. Eyni zamanda ölkədə Rusiya və Belarusda olduğundan çox siyasi məhbus var”, - senator bəyanatında bildirib.

“Turan” yazır ki, Durbin bəyanatında AzadlıqRadiosunun bağlanması ətrafındakı vəziyyətə, jurnalist Xədicə İsmayılovanın və digər fəalların həbsinə toxunub.

Ötən ilin avqustunda senatorlar Cardin və Merfi prezident Əliyevə məktub göndərərək hüquq müdafiəçiləri Anar Məmmədli və Bəşir Süleymanlının azadlıqdan məhrum edilməsi ilə bağlı narahatlıqlarını bildiriblər.

B.Süleymanlı bu yaxınlarda azad edilib, lakin onun həmkarı Anar Məmmədli hələ də həbsdədir. Bundan öncə Leyla Yunus, bir həftə sonra isə onun həyat yoldaşı Arif Yunus, sonra Rəsul Cəfərov və İntiqam Əliyev həbs olunublar.

Ötən ay "Washington Post" X.İsmayılovanın məktubunu dərc edib. O, beynəlxalq təşkilatları pisliyə qarşı mübarizəyə son qoymamağa, insan ləyaqətinin satılmadığını sübut etməyə çağırıb.

“Mən prezident Əliyevi öz vətəndaşlarını azad etməyə çağırıram. Onların yeganə günahı odur ki, dinc demokratik Azərbaycanda yaşamaq istəyirlər. O, bilməlidir ki, əsas demokratik prinsiplər pozularsa, qərb birliyinin bir hissəsi ola bilməz”, - bəyanatda qeyd olunur.

XS
SM
MD
LG