Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:33

HRW əməkdaşı Bakı aeroportundan deportasiya edilib


Giorgi Gogia
Giorgi Gogia

-

«Bakı Hava Limanında Human Rights Watch beynəlxalq insan haqları təşkilatının nümayəndəsi Giorgi Gogia saxlanıb»​.

Bu haqda Avropa Şurasının insan hüquqları üzrə keçmiş komissarı Thomas Hammarberg Twitter hesabında yazıb.

Gün ərzindən hüquq müdafiəçisinin telefon nömrəsinə zəng çatmırdı. Aeroportda ximdət həyata keçirən heç bir rəsmi qurum Gogianın saxlanması xəbərinə aydınlıq gətirə bilmədi. Günün sonunda Gürcüstanın Azərbaycandakı səfirliyindən Turana bildiriblər ki, Gogia AZAL reysi ilə Bakıya gələndə neytral zonada dayandırılıb. Sonrada onu Gürcüstana deportasiya ediblər. Səfirlikdən baş verənlərin səbəbi haqda məlumatlarının olmadıqlarını bildiriblər.

İNTİQAM ƏLİYEV VƏ RƏSUL CƏFƏROVUN MƏHKƏMƏSİNƏ GƏLİRDİ...

HRW təşkilatın Avropa və Mərkəzi Asiya bölməsinin müdir müavini Rachel Denber AzadlıqRadiosuna deyib ki, Azərbaycan hakimiyyəti G. Giorgia-nı ölkəyə buraxmayıb:

Biz Azərbaycan hakimiyyətini G. Giorgia-nın pasportunu özünə qaytarmağa və ölkədən çıxmağına icazə verməyə çağırırıq...

«Giorgi İntiqam Əliyev və Rəsul Cəfərovun məhkəməsində iştirak etməyi planlaşdırırdı. Bugün isə onun hava limanında saxlanma xəbərini aldıq. Onu hava limanında saxlayıb, ölkəyə daxil olmağa icazə verməyiblər. İmmiqrasiya işçiləri onun pasportunu götürüblər. G. Giorgia dünən günorta 1.30-dan pasportsuz hava limanında gözləyir».

Rachel Denber deyib ki, biz Azərbaycan hakimiyyətini G. Giorgia-nın pasportunu özünə qaytarmağa və ölkədən çıxmağına icazə verməyə çağırırıq.

POLİS DEYİR Kİ...

AzadlıqRadiosu məlumatı dəqiqləşdirmək üçün Bakı Hava Limanına zəng edib. Nəqliyyat polisinin və daxili işlər nazirliyinin təmsilçiləri Gogia adlı şəxsin polis tərəfindən saxlanmadıqlarını bildiriblər.

AZAL-da MƏLUMAT YOXDUR

AZAL-ın mətbuat xidməinin rəhbəri Məhərrəm Səfərli AzadlıqRadiosuna bildirib ki, bu haqda onda heç bir məlumat yoxdur, Sərhəd Xidməti ilə əlaqə saxlayın.

Sərhəd Xidmətindən məsələyə münasibət bildirməkdən imtina etdilər. Xarici işlər nazirliyindən də şərh almaq mümkün olmayıb.

Georgi Gogia Human Rights Watch-un Azərbaycanda pozuntular haqqında yazan əməkdaşlarındandır.

Human Rights Watch təşkilatı dəfələrlə Azərbaycanda siyasi motivli həbslərin olduğunu bildirib.

XS
SM
MD
LG