Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:38

Astarada istifadəsiz torpaqlara əlavə vergi yox, qayğı istəyirlər...


Arxiv fotosu
Arxiv fotosu

-
Kənd təsərrüfatı naziri Heydər Əsədovun istifadəsiz torpaqlara əlavə verginin tədbiq ediləcəyi fikri kəndlərdə o qədər də müsbət qarşılanmayıb.

Masallı rayonun Təklə kənd sakni Səmədağa Həmidov deyir ki, belə çağırışlardansa kənd təsərrüfatında illərlə yığılıb qalmış problemləri həll edilməlidir:

«TORPAQLA DOLANMAQ OLMUR»

«Kənd sakinləri 200 hektardan çox sahədə kartof əkiblər.Bu sahənin 100 hektarı su altındadır.Bu barədə müvafiq orqanlara müraciət olunub,kömək istəmişik.Heç bir tərpəniş yoxdur. Nazirlik bunu həll etsin. Badımcan, pomidor, yemiş, tərəvəz əkirik, qazanc isə cüzidir.Torpaqla dolanmaq olmur. Nazirlik bunun yolunu göstərsin».

Rayonun Həsənli kənd sakni Toğrul Məhrəmli də hesab edir ki,əsas problem istifadəsiz torpaqlar deyil. O qeyd edir ki, nazirlik onlara yüksək məhsuldarlığa malik olmaq üçün köməklik etməlidir:

VERGİ NƏYİ DƏYİŞİR ?

«Torpaqlarımızın məhsuldarlığı çox aşağıdır. Digər tərəfdən naşılıqdan ziyana düşürük. Qoyun saxlayıram. Vaxtında, ola bilər ki, nəyə isə fikir verməmişəm. Qoyunların müəyyən hissəsi öldü. Nazirlik bu işdə bizə kömək edə bilərdi. İstifadəsiz torpaqlar var.Bu torpaqları kol-kosdan təmzləmək,əkinə yararlı vəziyyət gətirmək üçün kəndlinin vəsaiti yoxdur. Vergi qoysa nə olcaq ki?»

Astra rayonun Artupa kənd sakni Əmrulla Hüsenov də istifadəsiz torpaqların yaranma səbəblərindən danışır. O, deyir ki, Artupa kəndində yaxın keçmişdə 350 hektarda çəltik əkərdi. İndi isə 50 hektarda çəltik əkilir. Qalan sahələr isə başlı-başına buraxılıb:

«NƏ GÜBRƏ VERİRLƏR, NƏ TEXNİKA. DEYİRLƏR ƏK»

«Texnika olmadığına görə, camaat həmin torpaqları əkmədi. Bir dənə texnikamız var, o da 40 ilin texnikasıdır. Camaat əkə bilmir. Nə gübrə verirlər, nə texnika, deyirlər ək. Torpağı veriblər kəndliyə, necə əksin, necə becərsin heç kimi maraqlandırmır? Texnika olsa 50 hektar çəltik əkərəm. Arpa əkərəm, çəltik əkərəm. Çəltik hamısından məhsuldardır»

Kənd sakinin sözlərinə görə, vergi ilə adamları qorxutmaq lazım deyil. Texnika verilsə əhali özü torpağını əkər.

İCRA HAKİMİYYƏTİ VERGİNİ ZƏRURİ SAYIR

Astara rayon icra hakmiyyəti başçısının kənd təsərrüfatı üzrə müavini Firudin Əhmədov isə deyir ki, çəltik təsərrüfatı üçün texnika nəzərdə tutulub. O hesab edir ki, monitorinq keçiriləndən sonra istifadəsiz torpaqlara əlavə vergi tədbiqi əhalidə canlanma yaradacaq. Müavinin fikrincə kənd təsərrüfatında edilən güzəştlər torpaqları əkməyə imkan verir.

Vidadi Mirzəyev
Vidadi Mirzəyev

İqtisadçı Vidadi Mirzəyev isə əlavə verginin tədbiqini düzgün saymır. O yada salır ki, sovet dövründə- 1981-ci ildə Lənkəranda 182 min ton, Masallıda 135 min ton tərəvəz yetişdirilib:

İRANDAN GƏTİRİLƏN TƏRƏVƏZLƏR...

«Belə hesab edin ki, rayonlarda bu qədər məhsul tədarük edilib. Məhsulu satmağa bazarı varmı? Bazar yoxdur. Azərbaycan bazarı bu qədər məhsul üçün balacadır. Deməli istər istəməz məhsul itkisi olacaq və kəndli ziyana düşəcək. 2014-cü ildə Astarada 40 min tondan çox, Lənkəranda isə 2013-cü ildə 23 min tondan çox tərəvəz yetişdirilib. Bu rəqəmlərin özü də şişirdilmiş rəqəmlərdir. Bu qədər məhsulu sahələrdən daşımaq üçün yüzlərlə yük maşını lazımdır. Kəndlinin həyat şəraiti də yaxşılaşmalı idi. Müşahidələr əksini göstərir. Adi tərəvəzi də İrandan gətirirlər».

XS
SM
MD
LG