Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:42

Əli İnsanov Avropa Birliyinə müraciət edib


Əli İnsanov
Əli İnsanov

Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev Avropa Birliyinin Bakı nümayəndəliyinin rəhbəri Malena Mardla görüşüb. Vəkil Əli İnsanovun azadlığa buraxılması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarının Azərbaycan hökuməti tərəfindən yerinə yetirilməməsi barədə keçmiş nazirin məktubunu təqdim edib.

Turanın məlumatına görə, Malena Mard məktubun Avropa Birliyinin rəhbərliyinə çatdırılacağını və bu məsələnin xüsusi nəzarətə götürüləcəyini bildirib. Vəkilin sözlərinə görə, Belçika rəhbərliyinin yüksək səlahiyyətli rəsmisi yaxın günlərdəAzərbaycana gələcək və bununla bağlı Azərbaycan rəhbərliyi qarşısında məsələ qaldıracaq.

Əli İnsanov 2005-ci ilin oktyabrında

dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlə əvəz olunub və 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq və s maaddələrdə təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2013-cü il martın 14-də onun ədalətli mühakimə olunmaması barədə qərar çıxarıb.

Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işinə yenidən baxılması üçün onu apellyasiya məhkəməsinə göndərib.

Bakı Apellyasiya Məhkəməsi isə 2014-cü ilin fevralında Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.

Hökm Əli İnsanovun iştirakı olmadan elan edilib.

Bundan sonra Əli İnsanov Avropa Şurası Nazirlər Komitəsi və müxtəlif instansiyalara çoxsaylı şikayətlər edib.

Avropa Şurasının Nazirlər Komitəsi şikayətə baxıb və Azərbaycan hökumətindən izahat tələb edib.

Bunlara baxmayaraq, keçmiş nazir hələ də həbsdədir.

XS
SM
MD
LG