Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:44

İstintaq hesab edir ki, Nemtsovun qətlini Ukraynanın xüsusi xidməti də göstəriş verə bilər


Boris Nemtsov
Boris Nemtsov

Kremlpərəst İzvestiya qəzeti yazır ki, istintaq müxalifət lideri Boris Nemtsovun qətlinin Ukrayna münaqişəsi ilə bağlılığının mümkünlüyünə baxır.

Konkret mənbə göstərməyən qəzet yazır ki, İstintaq Nemtsovun Ukrayna xüsusi xidmətinin göstərişi ilə öldürlüməsini istisna eləmir.

Məlumatda bildirilir ki, bu cinayəti Ukraynanın şərqində hökumət qoşunları tərəfindən vuruşan çeçen yaraqlıları təşkil edə bilər.

Qəzet yazır ki, hüquq-mühavizə orqanınlarındakı naməlum mənbənin iddiasına görə, təşkilatçılar əslən çeçen olan Adam Osmayev və onun həyat yoldaşı Amina Okunevadır.

Osmayev 2012-ci ildə Moskvanın göstərişi ilə Ukraynada həbs edilib, amma2014-cü ilin noyabrında azadlığa buraxılıb.

Moskva onu prezident Putinə qarşı sui-qəsd hazırlamaqda ittiham edirdi.

Rusiyalı müstəntiqlər Ukrayna münaqişəsinin istintaqın versiyalarından biri olduğunu desələr də İzvestiyanın məlumatına münasibət bildirməyiblər.

Kremlpərəst media hesab edir ki, Nemtsovun qətlinin arxasında Qərb və ya Ukrayna dura bilər.

Qeyd edək ki, Boris Nemtsov prezident Putinin qəti tənqidçilərindən biri idi.

O Putini həmçinin ölkəni Ukrayna müharibəsinə sürükləməkdə ittiham edirdi.

XS
SM
MD
LG