Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:29

Avropa Birliyinin nümayəndəsi həbsxanada İlqar Məmmədovla görüşüb


İlqar Məmmədov
İlqar Məmmədov

.

Gözlə

No media source currently available

0:00 0:02:43 0:00
Direct-ə keçid

Fevralın 24-də REAL Hərəkatının sədri İlqar Məmmədov həbsxanada Avropa Birliyinin insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidis-lə görüşüb.

Bu haqda REAL-ın yaydığı məlumatda deyilir.

Görüş bir saata qədər davam edib. Bu zaman Avropanın enerji təhlükəsizliyi konteksində Azərbaycanda insan haqlarının qorunması məsələsinin müzakirə edildiyi bildirilir.

Stavros Lambrinidis
Stavros Lambrinidis

İlqar Məmmədov 2013-cü ildə İsmayıllıda baş verən etiraz aksiyalarına görə 7 il azadlıqdan məhrum edilib. O kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə təqsirli bilinib.

Müdafiə tərəfi əslində İlqar Məmmədovun siyasi fəaliyyətinə görə cəzalandırıldığını deyirlər. Amma rəsmilər bu ittihamı inkar edirlər.

Avropa İnsan Haqları Məhkəməsi İlqar Məmmədovun dərhal azadlığa buraxılması və hakimiyyətin ona təzminat ödəməsi barədə qərar çıxarıb.

Avropa Birliyinin nümayəndəsini fevralın 24-də prezident İlham Əliyev də qəbul edib. Görüşdə iqtisadi, enerji, nəqliyyat, insan hüquqları, demokratiya və başqa sahələrdə vəziyyət ətrafında geniş fikir mübadiləsi aparıldığı bildirilir.

XS
SM
MD
LG