Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:42

Manatın ucuzlaşmasından kim itirir, kim qazanır?


Manat və dollar
Manat və dollar

-

Mərkəzi Bank manatın ucuzlaşmasına start verdi. İqtisadçılar Mərkəzi Bankın manatın məzənnəsi ilə bağlı məlumatını bir cümlədə belə şərh edirlər.
Fevralın 16-dan Mərkəzi Bankın İdarə Heyəti məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar edib.

Bu o deməkdir ki, əvvəllər valyuta səbəti 90/10 nisbətində dollar və avrodan formalışırdı. İndi avronun payı təxminən 20-30 faiz civarında olacaq.

İqtisadçı Samir Əliyevin fikirincə, səbətdə avronun və dolların payının nə qədər olmasından aslı olmayaraq bütün hallarda manat ucuzlaşacaq.

«Əslində bu addım gözlənilən idi. Çünki baş verən proseslər manatı ciddi təzyiq altında saxlayırdı. Mərkəzi Bank 2 yoldan birini seçməli idi: ya manatı kəskin (təxminən 20-30%), ya da tədricən ucuzlaşdırmaq. Göründüyü kimi 2-ci yol seçildi. Çünki qeyri-neft sektorunun inkişafının prioritet elan edildiyi bir zamanda manatın devalvasiyası ehtimalı yüksəkdir».

BİR GÜNƏ 0,05 FAİZ UZULAŞMA

Dünya Bazarında ötən ilin avqustundan neftin qiyməti uculaşamağa başlayıb. Neftin ucuzlaşması fonunda dolların dəyəri artıb. Rubl, avro və digər valyutalar kəskin ucuzlaşsa da Azərbaycanın Mərkəzi Bankı ötən 7 ayda manatı sabit saxlaya bilirdi.

Təkcə, ötən iki ayda Mərkəzi Bank manatın saxlanmasına 2,3 milyard dollar xərcləyib. Bu 13 milyardlıq Mərkəzi Bankın ümumi ehtiyatının 15 faizi qədərdir.

Mərkəzi Bankın bu qərarından cəmi bir neçə saat sonra valyuta dəyişmə məntəqələrində manat dollara nəzərən 0,05 faiz ucuzlaşıb. Mərkəzi Bankın saytında fevralın 16-da 1 dollar 0,7844 AZN idisə indi 0,7848 AZN-dir. Şəhərdəki bəzi valyuta dəyişmə məntəqələrində isə 0,7868-dir.

MANATIN UCUZLAŞMASINDAN KİM İTİRİR, KİM QAZANIR?

Arxiv fotosu
Arxiv fotosu

Əvvəllər, tutalım, müəllimin 160 manat aylıq maaşı azı 200 dollar edirdi. Manat ucuzlaşandan sonra 160 manat təxminən 170 dollar olacaq.

Rus rublunun dollara nisbətən ucuzlaşmasından sonra Rusiya ərzaq bazarında, 15-20 faiz bahalanma müşahidə olunub.

Rus rublundan söz düşmüşkən. Manatın uculaşmasından, özəlliklə, ailəsinə Rusiyadan pul göndərənlər qazanacaq. Rubl dollara nisbət uculaşırdı, amma manat sabit qalırdı deyə əldə olunan vəsait az olurdu. Manat da ucuzlaşandan sonra Rusiyandan göndərilən pullarla dolanan ailələrin vəziyyəti nisbətən düzələcək. Təbii ki, burada həm rubl, həm manat dollardan aslı olduğundan o qədər də ciddi fərq olmayacaq.

MANAT YAVAŞ-YAVAŞ UCUZLAŞACAQ

Elman Rüstəmov
Elman Rüstəmov

Elə Mərkəzi Bankın Sədri Elman Rüstəmov fevralın 15-də «Financial Times» qəzetinə müsahibəsində dəyib ki, əhalinin maraqları nəzərə alınmaqla manat tədricən ucuzlaşacaq.

Deputat Vahid Əhmədov da manatın yumşaq buraxılmasının tərəfdarıdır:

«Manat birdən-birə ucuzlaşarsa bazarda qiymət sabitliyi pozular, daxili bazarda bahalaşma baş alıb gedər. Təbii ki, manatı da uzun müddət bu qədər pul xərcləyib saxlamaq mümkün deyil. Ən doğru variant manatı yumşaq buraxılmasıdır».

Valyuta bazarında dolların bahalanandan bəri Azərbaycandakı əmanətçilər vəsaitlərini dollara çeviriblər.

XS
SM
MD
LG