Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:38

Rasim Musabəyov: «Prezidentin çıxışı nə qədər sərt görünsə də...»


Rasim Musabəyov
Rasim Musabəyov

-

«Prezidentin çıxışı nə qədər sərt görünsə də, Azərbaycan xalqının və dövlətinin iradəsini əks etdirirdi».

Deputat Rasim Musabəyov İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında «Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr» panelində çıxışını yüksək dəyərləndirir.

«Ermənistan nümayəndəsi cənab prezidentə müraciətlə Azərbaycan Ordusunu ermənilərin mövqelərinə atəşə məruz qoymaqda günahlandırdı və bununla onu pis vəziyyətdə qoyacağını düşündü. Ancaq belə olmadı, o, yetərincə qəti cavab verdi, dedi ki, erməni əsgəri ölmək istəmirsə, Ağdamda, Füzulidə - bizim torpaqlarda nə qələti var? O öldürülmək istəmirsə, qoy öz torpaqlarına cəhənnəm olub getsin. Təbii ki, prezident bu qədər sərt demədi. Amma mən mahiyyətini çatdırıram. Prezident qəti danışdı» deyə deputat bildirir.

Ancaq Rasim Musabəyov bir məqamı da vurğulayır: «Ermənistana təzyiq yetərli deyil. Azərbaycan isə artıq öz gücünə arxalanmaq istəyir və münaqişənin birdəfəlik həllinə çalışır. Azərbaycanın geri çəkilmək fikri yoxdur».

BƏS BU MÜMKÜNDÜRMÜ? BU HAQDA AZ SONRA...

Rasim Musabəyovun fikrincə, bu çıxışda ölkə başçısı həm də Qərbin önündə məsələni qəti qoydu. O, Qərbdən Ukraynanın ərazi bütövlüyünün qorunması ilə bağlı ortaya qoyduğu mövqeni, iradəni Azərbaycanla bağlı da sərgiləməsini istədi:

İlham Əliyev Münhen konfransında danışarkən
İlham Əliyev Münhen konfransında danışarkən

«Qarabağ münaqişəsinə göz yumuldu, ardınca Gürcüstanda ərazi bütövlüyü pozuldu, sonra Ukraynada bu məsələ qabardı. Azərbaycan bu məsələnin həll olunmadıqca hara apardığını gözəl bilir. Ona görə də bu gün dövlət başçısı belə danışır».

«AZƏRBAYCAN DİPLOMATİYASININ APARDIĞI SİYASƏT BUNDAN İBARƏTDİR Kİ...»

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, İlham Əliyev Münhen konfransına hazırlıqlı gedib:

«O orda iki toplantıda çıxış etdi, biri Avropanın enerji təhlükəsizliyi ilə bağlıydı, digəri Qarabağla. Prezident sözügedən tədbirdə xüsusi mesajlar verdi. Birinci mesaj budur ki, Azərbaycan Avropanın təhlükəsizliyində iştirak edirsə, töhfəsini verirsə, Avropa da Azərbaycanın təhlükəsizliyinə diqqəti artırmalıdır. İkinci mesaj odur ki, Qərb Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi kimi

Qərb Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi kimi Azərbaycanın ərazi bütövlüyünü də dəstəkləməlidir. Bu qəti mövqeni Qarabağ münaqişəsinin həllində də göstərməlidir...

Azərbaycanın ərazi bütövlüyünü də dəstəkləməlidir. Bu qəti mövqeni Qarabağ münaqişəsinin həllində də göstərməlidir. Ümumiyyətlə, son bir ayda Azərbaycan prezidenti və diplomatiyasının apardığı siyasət bundan ibarətdir: Ukraynanın ərazi bütövlüyünü qorumaq məqsədilə Rusiyaya tətbiq edilən sanksiyalar Qarabağ məsələsində də gündəmə gəlməlidir».

Yeri gəlmişkən, həmin paneldə münaqişənin arxasında Rusiyanın dayanıb-dayanmaması haqda sual verilsə də, Azərbaycanın dövlət başçısı birbaşa cavab verməyib. Hərçənd onun Almaniya səfəri zamanı kansler Angela Merkel bunu açıq ifadə etmişdi.

Serbiya prezidenti Borut Pahor «Cənab Prezident, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində və Gürcüstan böhranında məqsədi varmı? Onun məqsədləri nədir? Bu sualı necə cavablandırardınız?» deyə soruşub.

İlham Əliyevsə cavab verib: «Bizim üçün ən əhəmiyyətlisi bu münaqişənin həll yolunun tapılmasıdır. Biz ümid edirik ki, həll yolunun tapılmasına şərait yaratmaq üçün Minsk qrupunun həmsədrləri daha çox iş görəcəklər...»

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Elxan Şahinoğlu sual edir: «Mən çox düşünürəm, Azərbaycan Rusiyanın adını çəkməklə Qərbdən real dəstək ala biləcəkdimi? Düşünmürəm. Sadəcə, meydanda Rusiya ilə üz-üzə qalacaqdı. Ancaq prezident çıxışında Ermənistanın müstəqil olmadığını, marionet dövlət olduğunu söyləməklə bunu dolayı şəkildə demiş oldu».

PESSİMİST PROQNOZLAR

Ukraynada baş verənlərdən sonra bəzi analitiklər Qarabağ münaqişəsinin həllinə diqqətin artacağını düşünürlər. Azərbaycan prezidentinin sərt çıxışını buna yozanlar da var. Hərçənd Elxan Şahinoğlu bu qənaəti bölüşmür və bu məsələdə pessimist olduğunu söyləyir. O son günlərdə atəşkəsin tez-tez pozulmasından danışır: «Sabah bölgədə müharibə alovlansa belə, Qərb onu dərhal söndürə bilməyəcək. Azərbaycan bölgənin açar dövləti olmasına baxmayaraq bu belə olacaq. Ukraynanı götürək. Avropa münaqişənin səngiməsi üçün nə qədər səy göstərsə də, hələlik nəticə əldə etməyib».

Rasim Musabəyov isə yaxın zamanda, ən azı bu ildə münaqişənin həllində irəliləyiş gözləmir:

«Qondarma «soyqırım» yubileyi bitməyincə, biz Olimpiadanı bitirməyincə, toqquşmaların təhlükəli həddə gələcəyini düşünmürəm. Ancaq ortaya normal sülh müqaviləsi qoyulmasa, vəziyyət növbəti illərdə pisləşə də bilər».

O zaman «Azərbaycanın geri çəkilmək fikri yoxdur» deyəndə politoloqlar nəyi nəzərdə tuturlar? Bu sərt çıxışlar nəyə xidmət edir? Rasim Musabəyov deyir ki, Bakı Minsk həmsədri olan dövlətlərdən qətiyyət gözləyir.

XS
SM
MD
LG