Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:50

Prezident manatın ucuzlaşmasının anonsunu verir


Prezident İlham Əliyev yanvarın 27-də "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda iştirak edib. Həmin konfransda prezidentin çıxışından bəzi məqamlar:

  • 10 ildə Azərbaycanda ÜDM 3,4 dəfə artıb.​
  • 11 ildə iqtisadiyyata 180 mlrd. dollar investisiya qoyulub.​
  • Azərbaycanın 2004-cü ildə 1,8 mlrd. dollar olan valyuta ehtiyatı indi 50 mlrd.-a çatıb.​
  • 1 milyon 360 min (1 milyonu daimi) yeni iş yeri yaradılıb.
  • İşsizlik və yoxsulluq 5 %-ə düşüb.​
  • Orta aylıq əməkhaqqı 2004-cü ildə 100 dollar idi, indi 565 dollar.​
  • Son 11 ildə 23 elektrik stansiyası tikilib. Ölkənin 2 dəfə artıb.​
  • Son 11 ildə 64 min müəssisə yaradılıb.​ Bu dövrdə 10 min km. yol çəkilib, 6 hava limanı tikilib.​
  • BTC neft kəmərinin gəlirləri ilə həm də Bakıya su kəmərinin tikintisi maliyyələşdirilib, paytaxtın su təminatı 78 %-ə çatıb, 2004-cü ildə bu, 29 % idi.​
  • Son 11 ildə Sahibkarlara Kömək Milli Fondu 2 mlrd. dollar məbləğində güzəştli kreditlər verib.
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Gözlə

No media source currently available

0:00 0:01:36 0:00
Direct-ə keçid

“AZƏRBAYCANIN BU İNKİŞAFI BƏZİLƏRİNİN GÖZÜNÜ DEŞİR”

İlham Əliyev çıxışında deyib ki, bu statistik rəqəmlər keçilən inkişaf yolunun göstəricisidir:

“Deyə bilərəm ki, heç kim bizə kömək etməyib. İndi hətta inkişaf etmiş ölkələr belə xarici yardımdan bəhrələnmək istəyir. Xarici yardım olmadan o iqtisadiyyatlar çökür, defolt vəziyyətinə düşür. Qapı-qapı gəzirlər, yalvarırlar ki, onlara vəsait ayırsınlar.

Amma Azərbaycan bütün nailiyyətlərə təkbaşına çatıb. Bəzi hallarda əsassız təzyiqlərə də məruz qalmışıq. Bəzi hallarda bizə qarşı kampaniyalar da aparılıb və aparılır. Bəlkə bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir. Bu, bəzilərinin, necə deyərlər, gözünü deşir. Bizi bunu da bilirik”.

Azərbaycan manatı
Azərbaycan manatı

“PREZİDENT MANATIN DEVALVASİYASININ ANONONSUNU VERDİ…”

Ilham Əliyevin çıxışı sosail şəbəkələrdə əsas müzakirə mövzusuna çevrilib. İqtisadçı Samir Əliyev yazıb ki, prezident manatın ucuzlaşmasının anonsunu verdi.

İlham Əliyev deyib ki, dünyada neftin qiymətinin düşməsi manatın məzənnəsinə təsir etməyib əkisinə, manat daha da güclənib. Amma prezident bu məsələyə yenindən baxmağı təklif edib:

“Əlbəttə ki, sosial məsələlərin həllində bu, müsbət amildir. Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Ona görə hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil”.

İlham Əliyev deyib ki, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmaıdır ki, manat həddindən çox bahalaşmasın. Çünki manat bahalaşarsa, bu Azərbaycanın ixracına da təsir edə bilər.

İSTİFADƏSİZ TORPAQ SAHİBLƏRİNƏ XƏBƏRDARLIQ…

Prezident istifadəsiz torpaqlarla və banklarla bağlı tapşırıqları xüsusi diqqət çəkən məqamlardan olub. Prezident deyib ki, Azərbaycanda bankların inkişafına dövlət imkan yaradıb. İndi banklar yalnız istehlak kreditləri verməklə öz ciblərini yox, həm də sosial layihələrə, sahibkarlığın inkişafına yardımçı olmalıdır. Gördükləri işlərlə də bağlı hesabat verməldir.

İstifadəsiz qalan torpaqlara gəlincə, president bu torpaqlarla bağlı konkret işlər görünməli olduğunu təklif edib:

“Vaxtilə kimsə onları ya zəbt edib, ya icarəyə götürüb. İcarəyə götürüb və elə də qoyub gedib. Deyir ki, mənim orada, burada torpağım var. Sənin torpağın varsa, get, o torpaqda iş gör. Yəni, hesab edirəm ki, biz istifadəsiz torpaqların taleyi ilə bağlı tədbir görməliyik. Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə

müqavilələri ləğv edilsin. O müqavilələr verilsin o torpaqda işləyənə. Yoxsa torpağı götürürlər, ondan sonra təyinatı dəyişdirirlər, daha sonra o torpaqlarda müxtəlif obyektlər tikilir və s. Bu, yolverilməzdir. Yerli icra orqanlarının nümayəndələri nəzarət etməlidirlər. Onların rayonlarında əgər kimsə bu işlə məşğul olursa, buna qarşı tədbir görülməlidir”.

Ərəstun Oruclu
Ərəstun Oruclu

Gözlə

No media source currently available

0:00 0:02:46 0:00
Direct-ə keçid

“PREZİDENT HƏQİQƏTLƏRİ ETİRAF EMTƏK İSTƏMİR…”

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu prezidentin bu çıxışını öncəkilərdən elə də fərqləndirmir. Onun fikrincə, prezident bu çıxışında səthi də olsa bəzi narahatlıqları çatdırıb:

“Amma bu doğru siyasət deyil. Prezidentin özünə də çox yaxşı məlumdur ki, Azərbaycanın vəziyyəti heç də yaxşı deyil. Amma dövlət başçısı bunu etiraf etmək istəmir. Səthi şəkildə büdcə vəsaitlərinin daha səmərəli sərf edilməli olduğunu deyir. Yəni ki, daha əvvəlki kimi büdcəni çapıb-talaya bilməyəcəklər.

Amma ölkənin durumu daha pisdir. Həm daxili, həm xarici siyasəti iflas olub. Təsəvvür edin Human Rights Watch bildirib ki, Dağlıq Qarabağ Azərbaycandan daha müstəqildir. Yəni, vəziyyəti səmimi etiraf edib, ciddi iş görmək gərəkir. Vaxt Azərbaycanın əleyhinə işləyir. Bir ilə neftin qiyməti yenidən düzələr deməklə siyasət yürütmək olmaz”.

Ərastun Oruclu hökumətin bütün baş verənlərə rəğmən vəziyyəti düzəlmək istəyinin olmasını bir nümunə ilə göstərməyə çalışır. Deyir ki, bir yandan ölkədə azad sahibkarlıq mühiti yaradıb, qeyri-neft sektorunun inkişafından danışırlar digər yandan ölkəyə internet vasitəsilə elektron məhsulların alınmasına qadağa qoyurlar. Bu da bir başa inhisarın göstəricisidir.

XS
SM
MD
LG