Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:54

"Sovetski"də yanmış 21 yaşlı kişinin intihar etdiyi guman edilir


Arxiv fotosu: 2013-cü ilin dekabrında Bakıda Qarabağ əlili Zaur Həsənov
Arxiv fotosu: 2013-cü ilin dekabrında Bakıda Qarabağ əlili Zaur Həsənov

-

Yanvarın 8-də Bakının “Sovetski” kimi tanınan məhəlləsinin köçürülmüş evlərdən birinin yerində yanmış kişi meyidi tapılıb. Onun evinin sökülməsinə görə ödənilən kompensasiyanın azlığına etiraz olaraq özünü yandırması barədə yayıaln xəbərləri rəsmilər inkar edirlər.

Yasamal Rayon Polis İdarəsindən APA informasiya agentliyinə bildiriblər ki, Mirzağa Əliyev küçəsi 108 ünvanında aşkarlanan yanmış adam 21 yaşlı Kamran Ağayevdir.

Polis ilkin ehtimalla onun intihar etdiyini bildirir. Buna görə özünü öldürmə hədinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

Amma hələlik mərhumun yaxınlarından bu hadisənin səbəbləri barədə hər hansı məlumat verilməyib.

Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Sovetski” məhəlləsi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov isə agentliyə açıqlamasında isrtarla bildirib ki, adı çəkilən şəxsin meyidi tapılan ünvana aidiyyatı yoxdur:

"Həmin ünvanda yaşamış Eldar Tağıyev hələ keçən ilin aprel ayında kompensasiyasını alaraq köçüb, mənzil isə boş qalıb. Eldar Tağıyev və ailə üzvləri Köçürmə Komissiyasında olub,köçürmə və kompensasiya ilə bağlı razılıqlarını bildiriblər. Aprel ayında da vəsaitlərini alıb, köçüblər, bu gün də sağ-salamat, yaxşı şəraitdə yaşayırlar.

Ancaq həmin meyitin həmin ünvana heç bir aidiyyəti yoxdur”.

Azərbaycan hökumətinin qərarı ilə keçən ilin ortalarından bu yana Bakıda "Sovetski" adlanan həmin ərazidə məskunlaşan sakinlər köçürülür. Amma onlara verilən kompensasiyanın az olmasına görə sakinlər dəfələrlə etiraz aksiyaları keçiriblər.

Amma sonradan etirazlar səngiyib.

XS
SM
MD
LG