Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:52

Suriyadakı terrorçuların yeni silahı... poeziya


Abuqaqa Britani
Abuqaqa Britani

-

Terrorçuların silahı təkcə “Kalaşnikov” deyil. Həm də... poeziyadır.

“İslam dövləti” yaraqlıları İnternetdən, sosial mediadan yalnız tərəfdar toplamaq üçün yox, həm də öz ideologiyalarını şeirlə yaymaq üçün istifadə edirlər.

Əslən Britaniyadan olan bir yaraqlı bu yaxınlaracan Abuqaqa Britani təxəllüsü ilə şeirlərini Twitter-də yayırdı (artıq hesabı bağlanıb).

O, “kafirlərə qarşı mübarizəsi”ni nəzmə çəkir, “şəhid olmağın gözəlliyi”ndən bəhs edirdi.

Yazırdı ki, “Amerikanın döyüş təyyarələri olsa da, “İslam dövləti” savaşdan qalib çıxacaq”:

“Onların təyyarəsi var,

amma Allah ondan da yüksəkdədir,

Şəhid olmaq ölmək demək deyil -

Yalan danışma -

Şəhid əsgər ruhunu satıb,

Alansa Allahdır,

Kafirlər üçün bu bir cəhənnəm odudur”. (Sətri tərcümə)

Abuqaqa Suriyada döyüşən və “cihad poeziyası”nın nümunələrini paylaşan yeganə şair deyil. Şimali Qafqazdan gəlmiş yaraqlılar arasında da belələri var. “VKontakte” sosial şəbəkəsində “Poeziya Dzhikhada” adlı qrup da var. Onu Suriyadakı çeçen yaraqlılar işlədir.

Onların paylaşdığı şeirlərin əsas mövzuları “döyüş meydanında mübarizə və ölüm”, “qadınların kafirlərdən müdafiə edilməsi” və s-dir.

Belə şeirlərin tənqid hədəfləri arasında “İnternetdə küllənən, amma cihad meydanına gəlməyə qorxanlar, Suriyada məhrumiyyətlərə düçar olanları unudanlar” da var. Yaraqlılara aid khilafa.org saytında bu mövzuda rusca yerləşdirilmiş şeirdə deyilir:

“Sən öz xalqının dadlı yeməklərindən danışıb lovğalanırsan,

Xinkali [Gürcü yeməyi], çudu [Azərbaycan yeməyi], kurzi [Dağıstan yeməyi], mantı [Özbək yeməyi]…

Dadlı-ləzzətli kabablar, ədviyyat,

Yanında da salatlar…

Beləcə, acından ölən uşaqlar bir müddət yaddan çıxır...”

“Cihad poeziyası” Suriyada yaranmayıb. “Əl-Qaidə” terror təşkilatının rəhbəri Osama bin Laden də şeir yazırdı.

Həmin şeirlərdən bəzilərini 2001-ci ildə Əfqanıstana girmiş NATO əsgərləri reydlər zamanı tapmışdılar.

Bin Laden mühacirət, xəyanət və s. mövzularda yazırdı, ərəb ölkələrini “Əfqanıstanın işğalına qarşı çıxmamağa” görə qınayırdı.

Əgər Abuqaqa Britani-nin yazdıqları sərbəst vəzndədirsə, Bin Laden əruzda yazırdı. Onların mövzuları az fərqlənsə də…

XS
SM
MD
LG