Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:54

Gəncədə bülletenlər qutuya iç-içə atılıb, sədr pozuntu olmadığını deyir...


Arxiv foto
Arxiv foto

-

Gözlə

No media source currently available

0:00 0:01:54 0:00
Direct-ə keçid


Gəncədə bəzi məntəqələrdə bülletenlər qutuya iç-içə atılıb, sədr pozuntu olmadığını deyir...

Gəncədəki dairə seçki komissiyalarından verilən məlumata görə, bələdiyyə yerləri uğrunda 106 nəfər namizəd mübarizə aparır.

Biz də səhər saatlarından Gəncədəki bir sıra məntəqələrə baş çəkərək necə deyərlər bu mübarizənin gedişini izləməyə çalışdıq. İlk təsüratımız o oldu ki, seçici fəallığı prezident seçkilərindən bir qədər geridə qalır.

Səs verib eşiyə çıxan seçicilərə üz tuturuq. Seçici Tunar Verdiyev:

“YAP-IN ÜZVLƏRİNƏ, DÖVLƏTİMIZIN MƏNAFEYİNİ MÜDAFİƏ EDƏN ŞƏXSLƏRƏ SƏS VERDİK”.

Ülfət Məmmədova
Ülfət Məmmədova

“Hər bir seçəcəyimiz şəxslərə baxdıq. Və YAP-ın üzvlərinə, dövlətimizin mənafeyini müdafiə edən şəxslərə səs verdik”.

Digər seçicilər elə də danışmağa meyilli deyillər. Nizami rayon 2-ci seçki dairəsinin 17 saylı seçki məntəqəsinə də baş çəkirik.

“Bir qutuda 2 bülleten, digər qutuda isə 3-4 bülleten iç içə atılıb.”

Məntəqə sədri Ülfət Məmmədova deyir ki, seçki şəffaf aparılır:

“ Seçki yaxşı keçirilir. Fəallıq da hələ ki normaldır”.

Hər məntəqədə 3 şəffaf qutu və bir daşınan qutu yerləşdirilib. 38 Nizami 2-ci seçki dairəsinin 17 saylı məntəqəsindəki qutularda topa bülletenlər görünür. Bir qutuda 2 bülleten digər qutuda isə 3-4 bülleten iç içə atılıb.

“SAXTAKARLIĞA YOL VERMƏK OLMAZ”

Gəncə,seçki məntəqəsi
Gəncə,seçki məntəqəsi

38 saylı Nizami 2-ci seçki dairəsinin sədri Rafael Xəlilov isə onların dairəsinə məxsus məntəqədə topa bülletenlər atılması barədə müşahidələrlə razılaşmır. Sədr bildirir ki, təlim zamanı məntəqə sədrlərinə tapşırıqlar verilib və qətiyyən saxtakarlığa yol vermək olmaz.

Ancaq pozuntulardan sıravi seçicilər də danışır.

Nərimanov küçəsi 237 saylı evin sahibi ona bildirişin səhf gəldiyini deyir:

“-Burda yazılıb 38 saylı, burda da yazılıb 18 saylı.

- Nə olub dayı?

-Fırıldaqdırlar. Neçə il komissiya sədri olmuşam, hamısını yaxşı bilirəm”.

“VƏTƏNDAŞLAR GƏLİR, TƏZYİQSIZ SƏS VERİB GEDİRLƏR”

Seçki məntəqələrində müxalifətdən olan müşahidəçilər də var.

Nizami 2-ci seçki dairəsində müşahidəçilik edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Xaliq Hacıyev müşahidələrini bölüşür:

“Hələ ki qanun pozuntusu qeydə almamışıq. Vətəndaşlar gəlir, təzyiqsiz səs verib gedirlər.”

XS
SM
MD
LG