Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:49

Azərbaycanda benzin niyə ucuzlaşmır?


Arxiv foto
Arxiv foto

-

Gözlə

No media source currently available

0:00 0:06:44 0:00
Direct-ə keçid

"Dünya bazarında neftin qiymətinin düşməsi Ümumi Daxil Məhsula öz ciddi təsirini göstərəcək."

İqtisadçı ekspert Məhəmməd Talıblı AzadlıqRadiosuna müsahibəsində belə deyir. Onun sözlərinə görə, UDM-da neftin payı yüksək olduğu üçün yaranmış fərq də böyük olacaq:

“Neftin qiymətinin düşməsi xarici ticarət dövriyyəsinə də təsirsiz ötüşməyəcək. İxracaatda da neftin payı yüksəkdir, 94 faiz. O cümlədən, büdcə daxil olmalarında biz bu azalma tendesiyasını görəcəyik”.

Neftin qiyməti Rusiya rublunu silkələyib, amma manat hələ ki, öz sabitliyini qoruyur. Məhəmməd Talıblı manatın öz dəyərini hələ bir müddət də saxlayacağını hesab edir:

“Rusiya ilə Azərbaycan arasındakı vəziyyət fərqlidir. Rublun dəyərinin düşməsinə səbəb təkcə neftin qiymətinin enməsi deyil, həm də Rusiyaya qarşı qoyulan sanksiyalardır. Azərbaycan regiondakı, daxildəki ticarət əməliyyatlara uyğun olaraq manatı tənzimləyir və manatın dəyərini saxlamaq üçün ildə əlavə 1.2 milyard devalvasiya əməliyyatlarına sərf olunur. Manat ekvilaenti ilə götürəndə bu itki deyil”.

MANAT ÖZ DƏYƏRİNİ NƏ QƏDƏR SAXLAYA BİLƏCƏK?

Bəs Azərbaycan hakimiyyəti manatı nə qədər indiki dəyərində saxlaya biləcək? Məhəmməd Talıblının fikrincə, bu, Mərkəzi Bankın çevik maliyyə siyasətindən asılı olacaq:

“Ticarət dövriyyəsinə dəyişiklik hesabına, konyukturaya uyğun olaraq dövriyyəyə daha çox dollar, daha az manat buraxıla bilər. Müxtəlif maliyyə yolları var. Mərkəzi Bankdan çeviklik tələb olunur, əgər maliyyə əməliyyatlarına münasibətdə bu çeviklik həyata keçirilsə, onda manatı ciddi təhlükə gözləmir”.

BENZİN UCUZLAŞMIR

Dünya bazarında neftin qiyməti düşsə də, Azərbaycanda yanacağın, xüsusilə benzinin qiymətində ucuzlaşma müşahidə olunmur. Məhəmməd Talıblı deyir ki, Azərbaycan təcrübəsində bahalanma mərhələsinə keçən məhsulun yenidən ucuzlaşmasına rast gəlinmir. Onun fikrincə, Azərbaycan hökuməti istəsə, benzini ucuzlaşdıra bilər, amma hakimiyyət daxili yanacaq istehsalının qiymətini ucuzlaşdırmaq niyyətində görünmür. İdxal olunan Premium benzininə gəlincə, ekspert hesab edir ki, yanacaq bazarında rəqabət olmadığı üçün bu benzin növünün də ucuzlaşması gözlənmir.

XS
SM
MD
LG