Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:41

Daha bir qurum Xədicə İsmayılın müdafiəsinə qoşulur


Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu

-

Dekabrın 12-dən araşdırmaçı-jurnalist Xədicə İsmayılın müdafiəsinə Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi də qoşulacaq.

Bu haqda komitənin üzvü Şahvələd Çobanoğlu məlumat verib:

«Tanınmış jurnalist Xədicə İsmayıl jurnalist fəaliyyətinə və ictimai mövqeyinə, İlham Əliyevin və digər yüksəkvəzifəli məmurların gizli biznesi və korrupsiya əməlləri haqda araşdırmalarına görə qisas alınmaq üçün şərlənib. Ona qarşı saxta ittiham irəli sürülsə də, həbsi birmənalı olaraq siyasi motiv daşıdığından onun ictimai müdafiəsi digər siyasi məhbusların hüquqlarını müdafiə edən komitənin çərçivəsində aparılacaq».

Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi hüquq müdafiəçisi Leyla Yunus həbs edildikdən sonra yaradılıb və bütün digər siyasi məhbusların müdafiəsini aparır. Komitənin həmsədrləri Milli Şuranın sədri Cəmil Həsənli və hüquqşünas Vidadi Mirkamaldır.

Komitənin tərkibində Xədicə İsmayılın müdafiəsi üzrə işçi qrup formalaşdırılıb. İşçi qrupda jurnalistlər Rövşən Hacıyev, Şahvələd Çobanoğlu, Əfqan Muxtarlı, Natiq Cavadlı, gənc fəal Ülvi Həsənli təmsil olunurlar.

İstintaq orqanlarında və məhkəmələrdə Xədicə İsmayılın hüquqi müdafiəsi ilə ilk gündən vəkil Elton Quliyev məşğuldur. Dekabrın 11-dən vəkillər Yalçın İmanov və Fariz Namazlı da jurnalistin müdafiəsinə qoşulub.

XS
SM
MD
LG