Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:51

“Washington Post” baş məqaləsində Xədicə İsmayılın həbsindən yazır


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

“ABŞ Əliyevə xatırlatmalıdır ki, bu amansız ambisiya uğurlu olmayacaq və ancaq ölkəyə ziyan vuracaq”.

ABŞ-ın nüfuzlu qəzetlərindən “Washington Post” Azərbaycandakı quruluşu “Sultanlıq” adlandırır, Ramiz Mehdiyevin son manifestini Putindən götürdüyünü yazır.

Qəzet AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovanın həbsindən də yazıb.

Dekabrın 11-də qəzetin internet səhifəsində yerləşdirilmiş məqalədə qeyd olunur ki, Xədicə İsmayılovanın jurnalist fəaliyyəti hər bir ölkə üçün vacibdir, ancaq Azərbaycan kimi neftlə zəngin sultanlıqda xüsusi cəsarət tələb edir. Bu ölkə sovetlərdən əvvəl və sonra Heydər Əliyev tərəfindən idarə olunub. 2003-cü ildə dünyasını dəyişəndən sonra hakimiyyətə oğlu İlham Əliyev gəlib.

MEHDİYEV PUTİNİ TƏKRARLAYIB

“Son illər xanım İsmayılova hakim ailənin gizli sərvətini araşdırır, onların gizli sövdələşmələri necə əldə etdiyini üzə çıxarmışdı. İndi monarxlar hücuma keçib və onu susdurmağa çalışır. Bu, Azərbaycanın insan haqları və demokratiya üçün necə bir qəddar distopiya (ən pis yer –red.) olduğunu göstərir,” yazıda qeyd olunur.

Daha sonra məqalədə Xədicə İsmayılovanın öncə məruz qaldığı təzyiqlərdən söz açılır. Jurnalistin həbsindən bir gün öncə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 60 səhifəlik manifestinin dərc olunduğu xatırladılır.

“Cənab Mehdiyev qeyri-hökumət təşkilatlarının “beşinci kolonundan” şikayətlənib; o, bir səhifəni Rusiya prezidenti Vladimir Putinin paranoyyasından götürüb, onun vətəndaş cəmiyyətini boğmaq barədə dediklərini təkrarlayıb. Bu manifestdə xanım İsmayılova birbaşa tənqid olunub, onun informasiyanı xarici casuslardan aldığı fikri irəli sürülüb”.

ONA XATIRLADILMALIDIR Kİ...

Hüquq müdafiəçisi Leyla Yunusun, əri Arif Yunusun, dözümsüz Əliyevin repressiya dalğasının qurbanı olan onlarla fəalın həbsdə yatdığı bildirilir.

“Azərbaycan enerji sərvəti ilə Qərbi ələ alıb. 2012-ci ildə fəxrlə Avroviziya mahnı müsabiqəsinə ev sahibliyi edib. Ancaq Xəzər dənizinin sahilində heç də yaxşı deyil. Cənab Əliyev təkcə fərdləri əzmir, azadlıq ideyasının özünü həbsə atmağa çalışır. Birləşmiş Ştatlar və Avropa ona xatırlatmalıdır ki, bu amansız ambisiya uğurlu olmayacaq və ancaq ölkəyə ziyan vuracaq”.

XS
SM
MD
LG