Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:31

Türk filmi addım-addım “Oscar”a yaxınlaşır


Nuri Bilge Ceylan
Nuri Bilge Ceylan

-

Türk rejissoru Nuri Bilge Ceylanın “Qış yuxusu” filmi Amerikada rəğbətlə qarşılanıb.

OxuZalı “Hürriyyət” qəzetinə istinadla xəbər verir ki, Los Angeles Film Tənqidçiləri Birliyi onu “Xarici film” kateqoriyasında “2-ci ən yaxşı film” seçib.

Bu, filmin “Oscar” mükafatının “Xarici film” nominasiyasında da qalib olacağına ümidləri artırıb.

Ceylan Türkiyənin adından dördüncü dəfədir ki, “Oscar” yarışına baş vurub. Amma bu dəfə ölkəsinə ilk “Oscar”I gətirməyə daha şanslı görünür.

“Qış yuxusu” bundan əvvəl Cannes Festivalında baş mükafatı qazanıb.

Baş rollarını Haluk Bilginer, Melisa Sözen və Demet Akbağ-ın oynadığı «Kış Uykusu» filmi Yılmaz Güney-in «Yol» filmindən sonra «Qızıl Palma budağı» qazanan ikinci türk filmi olub.

Film Kapadokya bölgəsində cəmiyyətdən uzaqlaşıb tək-tənha yaşayan yaşlı bir aktyorun həyat hekayəsini ekrana gətirir. (Ardı aşağıda)

Los Angeles Film Tənqidçiləri Birliyinin 1-ci yerə layiq bildiyi film isə Polşa rejissoru Paweł Pawlikowski-nin "Ida" dramasıdır.

Bu film də beynəlxalq mükafat qazanıb və öz ölkəsinin bu ilki "Oscar"a namizədidir.

Film 60-cı illərdə Anna adlı gənc rahibənin öz əsl adının İda Lebenşteyn olduğunu öyrənməsi və müharibədə öldürülmüş yəhudi valideynlərinin qəbrini axtarmağa başlaması haqdadır.

Güman ki, "Oscar" yarışında "Qış yuxusu"nun əsas rəqiblərindən olacaq.

XS
SM
MD
LG