Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:32

Cənubda bələdiyyə seçkiləri müxalifətsiz keçiriləcək...


Bələdiyyə seçkisi. arxiv foto
Bələdiyyə seçkisi. arxiv foto

-

Gözlə

No media source currently available

0:00 0:05:55 0:00
Direct-ə keçid

Dekabrın 23-ü Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Əyalətlərdə hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri deyirlər ki, onlar səsverməyə hazırdırlar. Məntəqələrin lövhələrində hakim partiyanın siyahısı ilə verilmiş namizədlər yer alıb. Tək-tük müstəqil namizədlərin də şəkilləri görünür. Lakin lövhələrdə ölkənin aparıcı müxalifət partiyaların namizədləri gözə dəymir. Hər dairədə 6-7 partiya siyahı ilə namizədlər verib. O da az sayda. Namizədlərlə seçicilərin görüşü isə baş vermir.

Klassik Xalq Cəbhəsi Partiyasının ali məclisin üzvü Elçin İbrahimli deyir ki, 77 saylı Astara seçki dairəsindən aparıcı müxalifət partiyaların heç bir üzvü namizədliyini verməyib. Verən olubsa onu da müxtəlif yollarla kənarlaşdırıblar. O deyir ki, hakimiyyət bələdiyyə seçkisinə müxalifətsiz gedir:

“ASTARADA SEÇKİ KEÇİRİLMƏMİŞ NƏTİCƏLƏR HAZIRDIR”

Elçin İbrahimli
Elçin İbrahimli

“Astarada aparıcı müxalifət partiyalarından olan KXCP-nin, Müsavatın, AXCP-nin heç bir üzvü bələdiyyə seçkilərində iştirak eləmir. Ona görə iştirak eləmirlər ki, seçki keçirilməmiş nəticələr hazırdır. Astarada 15 bələdiyyə var, səkkizi 77 , yeddisi də 76 saylı seçki dairəsində yerləşir.

Bunların üzvləri, sədrləri qabaqcadan məlum olduğu üçün Astarada aparıcı müxalifət seçkilərdə iştirak eləmir .”

Müsavat partiyası Astara rayon təşkilatın sədri Tarif Əliyev deyir ki, məntəqələrdə müşahidəçi kimi iştirak etmək fikirləri var. Bu barədə hələ qəti qərara gəlməyiblər.

“AXCP SEÇKİLƏRƏ GETMİR”

AXCP Masallı rayon təşkilatın sədri Əlişir Bəşirli isə deyir ki, onlar bələdiyyə seçkilərində iştirak etmir:

“AXCP seçkilərə getmir. Bizdə qərar oldu ki, fərdi qaydada getsinlər, heç kim getmədi.”

Əlişir Bəşirlinin sözlərinə görə, aparıcı müxalifət partiyaların üzvləri seçkiyə müstəqil şəkildə getdikləri üçün siyasi mənsubiyyətlərini qeyd etmirlər.

Müsavat partiyası Cəlilabad rayon təşkilatın sədr müavini Əlipənah Rzalının deməsinə görə isə onlarda aparıcı müxalifət partiyalarından bələdiyyəyə namizədliyini verənlər olub:

“Müsavat partiyasından 1-2 nəfər namizədliyini vermişdilər. Sonra imtina etdilər.”

“MÜŞAHİDƏÇİ OLACAQ”

Əlipənah Rzalı deyir ki, digər müxalifət partiyalarından namizəd yoxdur. O bununla belə qeyd edir ki, məntəqələrdə müşahidəçi kimi iştirak etmək fikirləri var.

73 saylı Lənkəran şəhər seçki komissiyasının üzvü, Ədalət partiyası rayon təşkilatın sədri Rahim Nuriyev deyir ki, onlarda da vəziyyət digər rayonlardan bir elə fərqlənmir:

“Namizədləri məcbur edirlər ki, namizədliklərini geri götürsünlər”

Məmmədağa Eynullayev
Məmmədağa Eynullayev

“Ümid partiyasından vermişdilər, onları da kənarlaşdırdılar. O birisi partiyalarda da eyni vəziyyətdir. Görürlər ki, məsələ seçki yolu ilə həll olunmur. Namizədləri məcbur edirlər ki, namizədliklərini geri götürsünlər. İndi heç kəs də boynuna almır ki, belə bir şey var. Ona görə getmək istəmirlər. İkincisi də ki, bələdiyyələrə maraq yoxdur. Bələdiyyənin faktiki olaraq heç bir fəaliyyəti yoxdur. Qanuna görə onlar altı aydan bir hesabat verməlidirlər. Onlar hesabat vermir.”

Masallı ziyalıları İctimai Birliyinin rəhbəri Məmmədağa Eynullayev isə deyir ki, müxalifət partiyaların sosial bazası var. Lakin bu partiyaların rayon təşkilatları mübarizə aparmağa hazır deyillər. Zəif fəaliyyət göstərirlər. Öz güclərini səfərbər etmirlər:

“BURDA MÜXALİFƏTÇİLİKDƏN DANIŞMAĞA DƏYMƏZ”

“Həmin təşkilatların bizim zonadakı şöbələri hədindən artıq zəif işləyirlər. Gərək hərəkət edəsən, mübarizə aparasan ki, bir nüfuzun ola.

Bunların biganəliyi, fəaliyyətsizliyi, baş verən hadisələrə münasibət göstərməməsi və rayonda haqsızlığa biganə qalmaları bu vəziyyəti yaradıb...Adı müxalifətdir də. Göz qabağında haqsızlığa münasibət bildirmirsənsə, baş verənlərə göz yumursansa burda müxalifətçilikdən danışmağa dəyməz.”

Məmmədağa Eynullayev deyir ki, icra orqanların seçkilərə müdaxiləsi var. Siyahılar da hazırdır. Onun fikrincə bütün bunlar seçkilərdən kənarda qalmağa əsas vermir. O deyir ki, seçkiləri hakim partiyanın ümidinə buraxıblar. Faktiki olaraq tək partiyalılıq meydana gəlib.

Məmmədağa Eynullayevin sözlərinə görə, ötən seçkidə müxalifət partiyaları iştirak etdilər. Buna görə də məntəqələrdə nəticələri saxtalaşdırmaq çətinləşib. Bu seçkidə isə seçki komissiyaları sevinirlər ki, müxalifətin namizədi yoxdur. Məmmədağa Eynullayev qeyd edir ki, onun namizədliyini də qeydə almayıblar. Mərkəzi Seçki komissiyasına göndərdiyi şikayətdən isə indiyə kimi xəbər yoxdur:

Şikayət məktubu itkin düşüb...

“Mərkəzi Seçki Komissiyasına noyabrın 26-da göndərdiyim məktub Azərpoçtda itkin düşüb. Qabaqcadan siyahılar tutulub. Göstəriş veriblər ki, bu adamlar seçilməlidir .”

Ancaq yerli hakimiyyət nümayəndələri deyilən inkar edirlər. Dairə seçki komissiyalarından isə bildirirlər ki, onlara heç bir şikayət daxil olmayıb.

Azərbaycanın cənub bölgəsinin 6 rayonunda 13 seçki dairəsi var.

XS
SM
MD
LG