Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:43

Dünyanın ən qəribə musiqi alətləri [Video]


-

AMERIKA FOTOPLEYERI

20-ci əsrin əvvəlində səssiz filmləri kinoteatrda müşayiət etmək üçün yaradılıb. Piano və ona calaq edilmiş digər alətlərdən ibarət “mini-orkestr”. Səsli filmlər yaranan kimi istehsalı dayandırılıb.

ÇARXLI LİRA (HURDİ-QURDİ)

Avropanın qədim musiqi aləti. Miladdan əvvəl yaradılıb.

KIMOFON

Həm nəfəsli, həm də klavişli yeni musiqi aləti

HANQ

Poladdan olan bu musiqi aləti də yenidir. İsveçrədə yaradılıb.

HARPEJJİ

Bu simli elektro-musiqi alətini 2007-ci ildə Tim Meeks ixtira edib.

MUSİQİLİ QƏDƏHLƏR

Bu alət 1741-ci ildə irland Richard Pockrich tərəfindən yaradılıb. Musiqili qədəhlərdə ilk virtuoz ifaçı da elə onun özü idi.

ARREY MBİRA

Yaşı çox olmayan bu musiqi alətini amerikalı ixtiraçı Bill Wesley yaradıb. Bu, Afrika musiqi aləti olan mbira əsasında düzəldilib.

ŞÜŞƏLİ HARMONİKA

Amerika Birləşmiş Ştatlarını quran dövlət xadimlərindən biri Benjamin Franklin-in ixtirasıdır.

XS
SM
MD
LG