Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:55

DİN AzadlıqRadiosunun Ramil Usubova müraciətinə ittihamlarla cavab verir


Daxili işlər naziri Ramil Usubov
Daxili işlər naziri Ramil Usubov

-
Daxili İşlər nazirliyi AzadlıqRadiosunun əməkdaşı Turxan Kərimovun polisə aparılması ilə bağlı açıqlama verib. Trend agentliyinin sorğusuna cavab kimi təqdim olunan məlumatda jurnalistin Nərimanov rayon 18-ci polis bölməsinin rəisi tərəfindən dindirlməsi Turxan Kərimovun özünü şübhəli aparması ilə izah olunur.

Polis rəisinin jurnalistə nəyi və necə yazmağı diqtə etməsini, bunun üçün onun mülki geyimli qrup tərəfindən öz iş otağına gətizdirilməsini normal hal kimi təqdim edən DİN bildirir ki, belə bir profilaktik iş Azərbaycan polisinin səlahiyyətlərinə aiddir.

Turxan Kərimovdan rüşvətxor polislərin gizli videosunu çəkdiyinə görə qisas alınmayacağını bəyan edən Daxili işlər nazirliyi belə bir ehtimalı cəfəngiyyat və məntiqsiz adlandırır.

Trendin xəbərində AzadlıqRadiosu polisin fəaliyyəti ilə bağlı məlumatsızlıqda, ucuz sensasiya dalınca qaçmaqda ittiham olunur. Radionun əməkdaşına qarşı əvvəllər baş vermiş zorakılığın indiyə qədər araşdırılmadığının günahını da elə AzadlıqRadiosunun jurnaslitinin özündə görən Daxili işlər nazirliyi media işçilərini ilk növbədə vətəndaş, sonra isə jurnalist olmağa çağırır.

Daxili İşlər nazirliyinin Trend adgentliyinə verdiyi cavabla daha geniş burada tanış olmaq mükündür. Bu agentliyin sorğusunu operativ cavablandıran Daxili işlər nazirliyi və general-polkovnik Ramil Usubov noyabrın 28-dən bəri AzadlıqRadiosunun sorğularına cavab verməyi hələ də lazım bilmir.

Xatırladırıq ki, AzadlıqRadiosunun əməkdaşı Turxan Kərimov noyabrın 28-də mülki geyimlilər tərəfindən saxlanılaraq Nərimanov rayon 18-ci polis bölməsinə aparılıb və ifadəsi alınıb. AzadlıqRadiosu Daxili işlər naziri Ramil Usubova məktubla müraciət edərək məsələnin araşdırılmasını istəyib.

Məktubda bildirilir ki, öz əməllərini izah etməyən polisin vətəndaşlarla belə davranışı Azərbaycan qanunvericiliyinin «polisin fəaliyyətini tənzimləyən» maddələrinə ziddir. Jurnalistə qarşı törədildikdə isə həm də «informasiya əldə etmək haqda qanunun» pozulması kimi qiymətləndirilə bilər.

XS
SM
MD
LG